
Həssas dişlərin əsəb edici ola biləcəyini bilirik. Ancaq yaxşı xəbər budur ki, diş həssaslığının qarşısını almaq və azaltmaq üçün bir çox yol var. Bilməli olduğumuz şeylərə nəzər salaq.
Dişlərin həssas olmasının müxtəlif səbəbləri var. Adətən diş minasının aşınması və ya diş köklərinin açıq qalması səbəb olsa da, aşağıdakı şərtlər də ola bilər:
• Çürük
• Periodontiyanın nəticəsi olan diş ətinin çökməsi
• Diş daşı yığılması
• Qırılmış və ya yontulmuş diş
• Son doldurma
• Ağardıcı və ya digər diş prosedurları
Əgər diş həssaslığına nəyin səbəb olduğundan əmin deyilsinizsə, diş həkiminizə müraciət edə bilərsiniz. Diş həkiminiz əsas səbəbləri müəyyən edə, sizə məsləhət verə və müalicəni tövsiyə edə bilər.
Həssas dişlərlə necə davranmaq olar?
Diş həkimləri aşağıdakı yanaşmalardan birini tövsiyə edə bilər:
• Flüor həssas dişlərinizi qorumaq üçün diş həkiminiz florid gel tətbiq edə, yuya və ya cilalaya bilər.
• Desensitizasiya və ya bağlanma. Həssaslığınız açıq köklərdən qaynaqlanırsa, diş həkiminiz diş ətrafını bağlamaq üçün yapışqan kanifol tətbiq edə bilər.
• Cərrahi diş əti transplantasiyası. Əgər diş əti həssaslığı diş əti toxumasının itirilməsindən qaynaqlanırsa, diş həkiminiz ağzınızın başqa nahiyəsindən diş əti toxumasını götürüb təsirlənmiş nahiyəyə köçürə bilər.
• Kök kanalının müalicəsi. Ciddi, uzunmüddətli vəziyyətlərdə kanal müalicəsi ən təsirli seçim ola bilər.
Diş həssaslığının qarşısını necə ala bilərik?
• Diş həssaslığını aradan qaldırdıqdan sonra təbii olaraq bu problemin təkrarlanmadığından əmin olmaq istəyəcəksiniz. Bunu etmək üçün bir neçə yol var:
• Ağız gigiyenasına diqqət yetirin. Dişlərinizi gündə iki dəfə flüorlu diş pastası ilə fırçalayın və hər iki-üç ayda bir diş fırçanızı dəyişdirin.
• Həddindən artıq etməyə çalışmayın. Çox sərt və ya çox tez-tez fırçalamaqdan çəkinin və yumşaq tüklü bir fırça istifadə edin.
• Qidalanmanıza diqqət edin. Şəkərli qidalar və turşulu içkiləri qəbul etməyin. Turşulu qidaları qəbul etdikdən sonra ən azı 30 dəqiqə dişlərinizi fırçalamayın. Əgər çox erkən fırçalasanız, turşu diş minasına hücum edə və dişləriniz həssas olduğundan zərər verə bilər.
• Dişlərinizi sıxmayın (bruksizm). Dişlərinizi sıxsanız, ağız qoruyucusu haqqında diş həkiminizlə məsləhətləşin. Bruksizm dişlərin qırılmasına və həssaslığa səbəb ola bilər.
Mənbə: Signal Türkiye
Tərcümə etdi: Aydan Qasımova
