Pozitivizm 19-cu əsrin ortalarında fransız sosioloqu və filosofu Auquste Kont tərəfindən yaradılmış nəzəriyyədir.
Kont hesab edirdi ki, metafizika və ilahiyyat elmlər iyerarxiyası ilə əvəz olunmalıdır, onun əsasında riyaziyyat, yuxarıda isə sosiologiya olmalıdır. Bu yanaşma, yeganə həqiqi biliyin elmi bilik olduğu və belə biliyin yalnız ciddi elmi metodlar (yəni müəyyən növ mülahizə prinsiplərinə əsaslanan faktları, hadisələri araşdırmaq üsulları) vasitəsilə nəzəriyyələri yoxlamaq, təsdiq etməklə əldə edilə biləcəyi fikrinə, müşahidə oluna bilən, empirik və ölçülə bilən sübutların əldə edilməsinə əsaslanır.

Pozitivizm Kontun həyatında sonrakı dövrlərdə inkişaf etdirdiyi bir dini sistem olaraq, şəxsi Tanrının (Allahın əvəzinə) varlığını rədd edir və insanlığın (yəni “böyük varlığa”) ucaldılması, sayğının və mədəniyyətin bir hissəsi kimi yanaşır. Bu baxımdan onun humanizmlə bir sıra oxşar cəhətləri var. Kont iyerarxik kahinlik, müsbət doğmalar, mütəşəkkil dini nizam və hətta katoliklik modelində təqvim hazırladı.
1857-ci ildə Kontun ölümündən sonra pozitivistlər Pierre Laffitte (o, pozitivizmin həm elmi, həm də dini təlimlərini davam etdirən) başçılıq etdiyi ortodoks qrup ilə Paul-Maksimilien-Emil Littre (1801 – 1881) başçılıq etdiyi dissident qrup arasında bölündülər. Pravoslav qrupları (ayinləri və dini mərasimləri ilə) İngiltərədə, İsveçrədə, Braziliyada və Çilidə yaradılmışdır.
Mənbə: Öncül analitik felsefe
Tərcümə etdi: Nuran Əhmədzadə
