Bu gün:

Mülki müdafiə nədir?


Mülki müdafiə müharibə zamanı hücumlara qarşı, sülh dövründə hər cür təbii fəlakətlər və böyük fəlakətlər zamanı əhalinin can və mal itkisini minimuma endirmək məqsədilə həyata keçirilən silahsız, qoruyucu və xilasetmə tədbirləri və işlərinin məcmusudur. 

Bundan əlavə, fəaliyyət göstərən bütün dövlət və özəl qurum, təşkilat və obyektlərin mühafizəsini və davamlılığını təmin etmək üçün hər cür tədbirləri görməkdir. Vətəndaşların lazımi maarifləndirmə yolu ilə bu səylərə dəstək verməsi həm də insanların ehtiyaclarını ödəmək, mənəviyyatını yüksək tutmaq üçün bütün səyləri əhatə edir.

Mülki müdafiənin yaranması?

1-ci və 2-ci Dünya Müharibəsində çoxlu sayda insan döyüş meydanlarında həlak olduğu kimi, dinc əhalinin də arxa cəbhə xəttində həyatını itirdiyi müşahidə edilmişdir. Məsələn, İkinci Dünya Müharibəsində 10 milyon itkinin 52%-i əsgərlər, 48%-i isə döyüş meydanlarından kənarda olan insanlar olub.

Birinci Dünya Müharibəsindən sonra bir çox mülki vətəndaşlar xalqı qorumaq üçün "Pasif Mühafizə " adı altında fəaliyyətə başladı. İlk araşdırma 1924-cü ildə İngiltərədə "Hava Basqınlarına Qarşı Ehtiyatlar Komitəsi" olaraq başladı. Rusiya bu tədqiqatlara 1931-ci ildə, Norveç 1936-cı ildə, Belçika 1937-ci ildə, Fransa və Danimarka 1938-ci ildə, Hollandiya 1950-ci ildə, Almaniya 1951-ci ildə, İtaliya isə 1956-cı ildə başlamışdır. ABŞ-də tədqiqatlar yeni olsa da, çoxlu müharibələrdə iştirak etmədikləri üçün xeyli irəliləyiş əldə ediblər.

Mənbə: Cumhuriyet.edu 

Tərcümə etdi: Nuran Əhmədzadə 

Paylaş
Şərh əlavə et