
Bəzən yuxuya gedən zaman birdən yıxılma hissini duyuruq və bədənimiz titrəyir. Kifayət qədər tez-tez rast gəlinən bu hiss beynin iki hissəsi arasında nəzarət münaqişəsi nəticəsində yaranır.
Bunu yuxunun bir parçası kimi qəbul etsək, kosmosa düşmüş kimi hiss edirik ki, buna hipnik qaxac deyilir. Bu, beynimizin yatmaq üçün ətraf mühitlə əlaqəsini kəsdiyi zaman baş verən münaqişənin göstəricisidir.
Yuxu zamanı bədənimiz iflic kimi görünür və xarici aləmdəki hadisələrə qarşı həssas oluruq, amma bizim əzələ idarəmiz düyməyə basılmış kimi dayanmır.
Beynimizdəki retikulyar aktivləşdirmə sistemi adlanan sahə nəfəs alma kimi əsas funksiyaları idarə edir və bizi ayıq hiss etdirir.
Digər tərəfdən, görmə ilə əlaqəli olan ventrolateral preoptik nüvə (optik sinirin qarşısındakı bölgə) yorğunluğu tənzimləyir.
Yuxuya gedəndə retikulyar aktivləşdirmə sistemi bədənimizi idarə etməkdən imtina edir və ventrolateral nüvə nəzarəti ələ keçirir. Bu, yavaş-yavaş sönən işıq açarına bənzəyir, lakin həmişə rəvan işləmir.
Oyanıqlığı təmin edən enerji qalıqları birdən-birə artdıqda seğirmə hərəkətləri baş verir. Amma bunun səbəbi tam məlum deyil. Sürətli göz hərəkətlərindən fərqli olaraq, bu seğirmələrin yuxu görən beyinlə heç bir əlaqəsi yoxdur. Daha doğrusu, bunlar günün son qalıqları kimidir.
Oxşar əlamətlər insanın başında bomba partlayırmış kimi səslər eşitməsinə səbəb olan “partlayan baş sindromu” adlanan qəribə pozğunluqda da müşahidə olunur. Beynin oyanan və yuxuda olan hissələri arasında nəzarət uğrunda mübarizə gedir, nəticədə ildırıma bənzər işıqlar görə və yüksək səsli partlayışlar eşidə bilirik.
Bəzi hallarda bu fenomen həddindən artıq yuxusuzluğa və hətta bədənin naməlum qüvvələr tərəfindən ələ keçirildiyinə dair iddialara səbəb olur.
Ancaq, ümumiyyətlə, burada narahat olacaq bir şey yoxdur. Yuxuya gedən zaman baş verən maraqlı münaqişədir.
Mövzu ilə bağlı daha əvvəl yazan psixoloq Tom Staffordun sözlərinə görə, "Yuxu zamanı duyduğumuz hər iki hərəkət növü arasında gözəl bir simmetriya var. Sürətli göz hərəkətləri oyanmaqda olan dünyada görülə bilən yuxu qalıqlarıdır. Hipnik seğirmələr isə yuxu dünyasına icazəsiz girən oyanıq həyat qalıqları kimidir”.
Mənbə: BBC Türkçe
Tərcümə etdi: Aydan Qasımova
