Bu gün:

Qida zəhərlənməsi riskini artıran 8 qida


Düyünün qida zəhərlənməsinə səbəb ola biləcəyini bilirdinizmi? Qida zəhərlənməsi riskini artıran digər qidaları təqdim edirik.

1. Yonca cücərtiləri

Çox insan başa düşmür ki, çox sağlam qida hesab edilən yonca cücərtiləri qida zəhərlənməsinə səbəb ola biləcək qidalardan biridir. Yonca cücərtiləri mikrobların və salmonellaların daşınması üçün əlverişli olan yüksək nəmliyinə görə təhlükəlidir.

2. Giləmeyvə

Bu meyvələr sağlam, ləzzətli və güclü antioksidant mənbəyidir. Eyni zamanda, kobud səthlərinə görə çirk, pestisid qalıqları və zərərli bakteriyalara malikdir. Moruq, böyürtkən və çiyələk yüksək qida dəyərinə malikdir, lakin yeməkdən əvvəl yaxşıca yuyulmalıdır.

3. Yumurta

Yumurta qida zəhərlənməsinə səbəb ola biləcək ən təhlükəli qidalardan biridir. Yumurtalarda salmonella adlanan bakteriyalar qabıqlar əmələ gəldikdə çoxalır. Odur ki, sevdiyiniz reseptdə olsa belə, çiy yumurtadan istifadə etməkdən çəkinməlisiniz.

4. Qiymə ət və toyuq

Küftələri və ya manqal souslu toyuq ətini sevə bilərsiniz, lakin qiymə və toyuq zəhərlənməyə səbəb ola biləcək qidalar siyahısında birinci yerdədir. Bu riski azaltmaq üçün edə biləcəyiniz şey onların yaxşı bişirildiyinə əmin olmaqdır.

5. Delikates məhsulları

Soyuducunuzu delikates ətlər ilə doldurmağı sevirsiniz? Onda siz də bilməlisiniz ki, bu məhsullar bakteriya ilə doludur. Hamilə qadınların kolbasa və yumşaq pendir kimi məhsullardan uzaq durması xüsusilə vacibdir.

6. Dəniz məhsulları

Bir çox insanın dəniz məhsullarına qarşı allergiyası var. Allergiyası olmasa da, mədəsi həssas olan insanlar bu qidalardan uzaq durmalıdır.

7. Düyü

Siz bunu ilk dəfədir eşidirsiniz, amma düyü qida zəhərlənməsinə səbəb ola biləcək ən riskli qidalardan biridir. Çünki tərkibində istiliyə davamlı və bişirildikdən sonra da yaşayan bakteriyalar var. Bişmiş düyü otaq temperaturunda qalsa, bu bakteriyalar sürətlə böyüyür.

8. Pomidor

Faydalı və antioksidantlarla dolu olan pomidor sizin üçün mütləq faydalıdır. Yeməkdən əvvəl onların çox yaxşı yuyulduğundan əmin olmalısınız. Çünki onların səthləri qida zəhərlənməsinə səbəb ola biləcək bakteriya və kirlə doludur.

Mənbə: Habertürk

Tərcümə etdi: Samirə İsmayılova

Paylaş