Zaman-zaman biz daim duzlu çips, şokolad və bir çox başqa qidalara can atırıq. Bəs bunlar nəyin çatışmadığını göstərir?
Elmi araşdırmalar göstərir ki, insanlar yaşadıqları emosiyanı və onun öhdəsindən gəlmək yollarını müəyyən etməkdə çətinlik çəkəndə daha çox yemək yeyirlər. Duyğularımızı nə qədər rahat ifadə etsək, bədənimiz, ürəyimiz və ağlımız bir o qədər sağlam olar. İştahınızın əsl mənasını açaraq, həqiqətən sizi içəridən nəyin yeydiyini və ya bədəninizdə fərqinə varmadığınız nəyin əskik olduğunu başa düşə bilərsiniz. Daim arzuladığınız qidalara əsaslanaraq, bədəninizin əslində danışmaq istədiyi şeylər bunlardır:
Yumurta ağı
Normal şəraitdə yumurta ağını çox sevməyə bilərsiniz. Ancaq son vaxtlar çoxlu yumurta bişirmək və yumurtanın ağını yemək istəyiniz varsa, bunun səbəbi biotin çatışmazlığı ola bilər. Xüsusilə saç və dırnaqlarımız üçün lazım olan bu vitaminin çatışmazlığı tez-tez rast gəlinməsə də, diqqətli olmalı və həkiminizlə məsləhətləşməlisiniz.
Çay, qəhvə
Bir çoxumuz, xüsusən də günün əvvəlində oyanmaq üçün çay və kofe içirik və bəlkə də onlarsız yaşaya bilməyəcəyimizi düşünürük. Gündəlik normada qəbul edilən kofein baxımından heç bir problem olmasa da, əgər içməyə çox ehtiyac duyursunuzsa və çay və ya qəhvə olmadan edə bilmirsinizsə, bu, natrium, fosfor və ya dəmir çatışmazlığını göstərə bilər. Bunun üçün həkiminizlə danışmaq faydalı olar.
Qızardılmış qidalar
Davamlı olaraq yağlı, qızardılmış və zərərli olan qidaları arzulayırsanız, vücudunuzda omeqa yağ turşuları çatışmazlığı ola bilər. Bitki yağları, yumurta və dəniz məhsullarından əldə edə biləcəyiniz omeqa yağ turşuları ilə bağlı əlavələr qəbul etməzdən əvvəl həkiminizlə məsləhətləşməlisiniz.
Qazlı içkilər
Qazlı içkilər ümumiyyətlə mədəmizi pozsa da, içdikdən sonra şişkinliyə səbəb olsa da, bəzən onların yeməklə yaxşı müşayiət olduğunu düşünürük. Ancaq davamlı olaraq turşulu içkilərə can atmaq bədəninizdə kalsium çatışmazlığının göstəricisi ola bilər. Belə bir problem olmasa belə, gündəlik olaraq kifayət qədər miqdarda süd və süd məhsulları, xüsusilə tərkibində kalsium olan qidalar qəbul edərək tədbir görə bilərsiniz.
Duzlu qəlyanaltılar
Kim duzlu qəlyanaltılara can atmaz? Xüsusilə çips yeməyə can atdığımızda bədənimizdə kifayət qədər su və duz olmadığından şübhələnməliyik. Duz ehtiyacını natrium içərək qarşılamaq üçün bol su içmək və qoz-fındıq yemək və s lazımdır. Balanslaşdırılmış qidaların qəbulu yaxşı bir tədbir ola bilər. Təbii ki, bu vəziyyət üçün həkiminizlə məsləhətləşmək faydalı olardı.
Şokolad
Yəqin ki, həyatınızda ən azı bir dəfə "şokolad krizi" ifadəsini eşitmisiniz. Xüsusilə menstruasiya və PMS zamanı bir çox qadın maqnezium çatışmazlığı səbəbindən şokolad istəyə bilər. Bundan əlavə, sink və xrom çatışmazlıqları sizin davamlı şokolad istəməyinizə səbəb ola bilər. Ona görə də bu problemlə bağlı həkiminizlə məsləhətləşməyiniz faydalı olar.
Pendir
Gündəlik həyatınızda pendiri çox sevmirsinizsə, lakin son zamanlar pendir yemək istəyinizi dayandıra bilmirsinizsə, bədəninizdə Omeqa 3 çatışmazlığı ola bilər. Gündəlik həyatda istifadə etdiyiniz yeməklərdə yağ və ya kalsium olmaması bunun göstəricisi ola bilər. Bunun üçün bir mütəxəssislə məsləhətləşə bilərsiniz.
Ət
Qırmızı ət yemək orqanizminiz üçün faydalı olsa da, hər şey kimi onu da çox yemək zərərlidir. Əgər son vaxtlar bədəninizdə qırmızı ət əskikliyi varsa və daim ona can atırsınızsa, siz B12 və dəmir çatışmazlığından əziyyət çəkirsiniz. Həkiminizlə məsləhətləşərək, çatışmazlıq aşkar edildikdə, uyğun əlavələr və qidalanma proqramınız haqqında öyrənə bilərsiniz.
Makaron
Biz bəzən karbohidratlarla zəngin qidalara can atırıq. Əgər bu tez-tez baş verirsə, gündəlik həyatda yediyiniz qidalardan kifayət qədər protein və yağ almadığınızı düşünə bilərsiniz. Mütəxəssis nəzarətində zülal və yağ tərkibli qidaları balanslı şəkildə yeməklərinizə daxil etməklə çatışmazlığı aradan qaldıra bilərsiniz.
Mənbə: Habertürk
Tərcümə etdi: Samirə İsmayılova
