Bu gün:

Necə hər şeyi həddindən artıq düşünməyək?


Bir çox insanlar həyatının müəyyən anlarında narahatlıq hiss edə bilər. Ancaq bəzi hallarda narahat olmaq insanın həyat keyfiyyətinə mənfi təsir göstərir və bu çox narahatedici bir vəziyyətdir. İnsan sağlamlığından, karyerasından, etdiyi seçimlərdən, hətta ünsiyyət zamanı istifadə etdiyi sözlərin qarşı tərəfə təsirindən narahat ola bilər. Bu səviyyədə narahat olmaq, yəni hər şeydən narahat olmaq nəinki psixoloji ziyana səbəb olur, həm də müəyyən bir nöqtədən sonra fiziki problemlər yaradır. Əgər çox narahat olursunuzsa və qayğılarınız həyatdan həzzinizin azalmasına səbəb olursa, həyatınızda kiçik dəyişikliklər edərək hər şeydən narahat olmaq deyilən əhval pozğunluğundan xilas ola bilərsiniz.


Sizi narahat edən hər şeyi yazın


Ağlınıza gələn, sizi yoran və narahat edən hər şeyi yazaraq qeyd etmək, baxışınızı dəyişməyinizə kömək edəcək. İlk baxışdan hissləri, xüsusən də narahatlıqları kağıza köçürmək mövcud vəziyyəti daha da pisləşdirəcək kimi görünsə də, əslində yaşayacağınız təsir tam əksinə olacaq. Anksiyete gündəliyi saxlamaq, sizi narahat edən məsələləri qeyd etmək və sonra gün ərzində təyin olunmuş narahatlıq vaxtlarında diqqətinizi siyahınıza cəmləmək sizə fərqli bir perspektiv inkişaf etdirməyə kömək edəcək.


Fikirlərinizə fərqli bucaqdan baxın


Hər şeydən narahat olan insanların ortaq nöqtəsi düşüncələrinin həmişə mənfi formada olmasıdır. Mənfi fikirlər narahatlığın artmasına və daha ciddi problemlərə yol açır. Düşüncə axını dəyişdirməyə çalışmaq, həll yolları yaratmaq üçün narahatlıqdan istifadə etməyə kömək edir. Girdiyiniz yeni mühitdə insanların sizi qəbul etməyəcəyindən narahat ola bilərsiniz. Bu düşüncələrlə mübarizə apararkən bunun əksini düşünməyə çalışın. Ətrafınızda sizi olduğunuz üçün bəyənməyən insanların olmasını istəyirsiniz? Həyatınızdakı hər bir insan mükəmməldirmi? Düşüncələri bu şəkildə tərsinə çevirmək narahatlığı azaltmaq üçün yaxşı bir yoldur.


Mənbə:avita.com.tr


Tərcümə etdi: Rəhimə Cəmilova

Paylaş
Şərh əlavə et