Bu gün:

Koronavirus halı


Yeni tipli pnevmoniya COVID-19, 2019 koronavirusu pandemiyası-2019-cu ilin dekabr ayının ortalarında, Çinin mərkəzi Hubey əyalətinin Uhan şəhərində yerli Huanan ət və dəniz məhsulları bazarı ilə əlaqəli yerli sakinlərdə naməlum mənşəli pnevmoniya xəstəliyinin ilk aşkar olunması ilə başladı.


31 dekabr 2019-cu ildə Çin hakimiyyəti naməlum pnevmoniyanın başlaması barədə Ümumdünya Səhiyyə Təşkilatına məlumat verdi. Sonradan Çin alimləri yeni koronavirus-2019 koronavirusu ayırd edərək onun genomunun genetik ardıcıllığını təyin etdilər.


Virus şiddətli kəskin tənəffüs sindromuna səbəb olan SARS-CoV virusuna (atipik pnevmoniya kimi də tanınır) ən azı 70% genetik ardıcıllıqla bənzəyir. Yeni koronavirusun inkubasiya dövrü 2 gündən 10 günə qədər davam edir və son məlumatlara görə, xəstəlik simptomların başlamazdan əvvəl yoluxucu olur.

22 yanvar tarixindən etibarən Uhanda karantin rejimi tətbiq edilməyə başlandı. 24 yanvar tarixindən etibarən Uhana bitişik olan Huanqan, Eçjou, Çibi və Çjitsyan şəhər rayonlarına da karantin tətbiq edildi. Ümumilikdə 14 şəhərdən gediş məhduddur. Virus Çindəki bütün əyalət səviyyəsində inzibati vahidlərdə qeydə alınıb.


Yanvarın 30-da ÜST-ün Fövqəladə Komitəsinin iclasında, yeni koronavirusun yayılması beynəlxalq narahatlıq yaradan ictimai səhiyyə təcili vəziyyəti kimi qəbul edildi. 26 yanvar 2022-ci il tarixinə olan məlumata görə dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 358,549,410 nəfərə çatıb. 


Bunların 300 milyon nəfəri sağalıb, 5,615,597 nəfəri isə ölüb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. Bu virus ölümcül olsa da ona yoluxmuş əksəriyyətdə yalnız yumşaq simptomlar müşahidə olunur və bu şəxslər xəstəlikdən tam sağalırlar. Yoluxmaların 80 faizində simptomlar zəif olur. Çində fevralın 11-dək qeydə alınmış 44672 yoluxmanın 36 minindən çoxunda, yəni 80 faizində xəstəlik yüngül keçib.


Xəstəliyin şiddətinə görə daha iki qrup var: sərt və kritik. İndiyədək bu virusa yoluxanların 14 faizində simptomlar sərt və yalnız 5 faizində kritik olub. Xəstəliyin orta ölümcüllük faizi Çində 2,3 faizdir. Alimlərin fikrincə, Çinin Hubey vilayətindəki 2,9 faiz ölümcüllük göstəricisi şişirdib. Çinin qalan hissələrində yoluxanların 0,4 faizi vəfat edib. Müqayisə üçün qeyd olunur ki, mövsümi qripin ölümcüllüyü 0,1 faizdir. Kritik kateqoriyaya düşənlər daha böyük təhlükə ilə üzləşirlər. Çindəki müşahidələrə görə bu kateqoriyada olanların 49 faizi vəfat edib. Martın 13-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropa qitəsinin koronavirus pandemiyasının episentrinə çevrildiyini bəyan edib.


Hazırladı:Xədicə Cabbarlı

Paylaş
Şərh əlavə et