Getdiyimiz hər yerdə rənglər görürük: səmada ağ buludlar, boz daş konstruksiyaları və qırmızı kərpicdən tikilmiş binalar, yaşıl bitki örtüyü, ayağımızın altında qonur torpaq. Biz sadəcə bu rəngləri görmürük, onları hiss edirik. Bacarıqlı dizaynerlər öz işləri üçün rəngləri seçərkən rənglərin bizə hiss etdirdiyi duyğulardan istifadə edirlər.

Təsadüfi deyil ki, bir çox qida loqaları qırmızıdır və bir çox davamlı brendlər dizaynlarında yaşıl rəngdən istifadə edirlər. Qırmızı aclıq səbəb ola bilir. Sağlam bitki həyatının rəngi bizə ətraf mühiti xatırladır. Özünüz bir sahibkar və ya dizayner olaraq, rəng mənalarının elmini və sənətini başa düşmək sizə daha təsirli, yaddaqalan dizaynlar yaratmağa kömək edə bilər.
Rəng birləşmələrinin də müxtəlif mənaları ola bilər. Açıq mavi və ağın birlikdə dizaynı necə "soyuq" göstərə biləcəyini, qəhvəyi və çəhrayı birləşmənin konfetlər və digər şirin yeməklər haqqında düşüncələrə səbəb ola biləcəyini düşünün. Rəng birləşmələrini düzgün əldə etmək üçün rəng nəzəriyyəsinin əsasları haqqında ətraflı öyrənmək lazımdır. Bütün bunlar deməyə əsas verir: rəng mənaları vakuumda mövcud deyil,onları necə qəbul etməyimizə təsir edən bir çox amillər var.
Bu amillərdən bəziləri bunlardır: onların kölgəsi, rəngi və ya tonu, digər rənglərlə necə birləşirlər, onların doyması, şriftlər və formalar kimi digər dizayn elementləri ilə necə qoşalaşırlar. Rənglərin nə demək olduğunu və onlardan necə istifadə edəcəyinizi bilmək dizaynınızı yüksək səviyyəyə aparacaq.
Rəng mənaları haradan gəlir?
Rəng mənaları müxtəlif yerlərdən gəlir. Bəziləri, yaşıl rəngin böyümə və təzə bitki örtüyü ilə əlaqəsi kimi ilkindir. Digərləri daha sonra insanların mübarizə apardıqları müasir mühitlərdən inkişaf etdi, məsələn, yaşıl rəngin XVIII əsr avropalıları üçün zəhər və ölümlə əlaqəsi (dövrün arsenik tərkibli yaşıl boyasına görə). Bəzən rəng mənaları zamanla dəyişə bilər, məsələn, yaşıl rəngin zəhər rəngindən təravət və canlılıq rənginə necə dəyişdiyi kimi (bu gün bir çox ekoloji şüurlu və bitkilərdən ilham alan brendlərdə görəcəyiniz birləşmə). Bundan əlavə, narıncı rəngin Yaponiya və Çində xoşbəxtlik və firavanlıqla əlaqələndirilməsi kimi digər rəng mənaları sırf mədəni şəkildə inkişaf etmiş kimi görünür. Başlanğıcda sırf mədəni görünən bəzi rəng mənaları tarixi yeniliklər və ya assosiasiyalarda izlənilə bilər. Buna misal olaraq Cənubi Afrikanın qırmızı rəngin matəmlə əlaqələndirilməsidir. Bu qan tökülməsi və qurbanlarla əlaqələndirilir və beləliklə, həyatını itirən və qurban verənlər üçün yas tutur. Əksinə, bir çox başqa mədəniyyətlər qara rəngi matəm rəngi kimi təyin edirlər.
Mənbə: 99desings
Tərcümə etdi: Gülnisə Əfkari
