Həyat bir çox fərqli mənaları olan tək bir sözdür. Hər şeydən əvvəl, həyat sadəcə olmaqdan daha çox şeydir; həm də insanın o varlığı necə təyin etməsi ilə bağlıdır. Nəticə etibarilə, həyatı bir neçə aspektdən düşünmək çox vacibdir.

Filosoflar, akademiklər, şairlər və müəlliflər yaşamağın nə demək olduğunu və daha da əhəmiyyətlisi, insanın varlığını xarakterizə edən vacib elementlərin nələr olduğu haqqında çox yazmışlar. Filosoflar insanların həyatının mənasını və məqsədini anlamağa çalışarkən, şairlər və müəlliflər müxtəlif dövrlərdə həyatın rəngarəngliyini qələmə alıblar.
Biz doğuluruq, həyatımızı yaşayırıq və nəhayət zamanla yox oluruq. Biz həyatımızı bu şəkildə formalaşdırmağa çalışırıq. Hər kəsin həyatı fərqlidir. Bəzi insanların həyatda çoxlu problemləri olur, bəzilərinin isə yox. Həyatında heç vaxt çətinliklə üzləşməyənlərin həyata baxışı və həyatda mübarizə aparanların fərqli baxışı var. Həyat çox vaxt qiymətsiz kimi təsvir olunur. İnsanların həyatını xilas etməyə çalışdıqları müxtəlif üsullar bunu daha aydın şəkildə ortaya qoyur.
Hər gün həkimlər və elm adamları insanların daha uzun ömür sürməsinə kömək edəcək innovativ müalicə üsullarını kəşf etməyə çalışırlar. Həyat həm sevinclərlə, həm də fəlakətlərlə doludur. Həyatın eniş-yoxuşları belə adlanır. Onlarsız həyat sadəcə olaraq hər an qalib gələ biləcək heç vaxt bitməyən müharibədir. Kədərinə qalib gəlmək üçün həyatında xoşbəxtlik tapmaq lazımdır. Yalnız bundan sonra həyat gözəl görünür?
Mənbə:vedantu.com
Tərcümə etdi: Ləman Əliyeva
