Bu gün:

Dərimiz nə üçün quruyur?


Dəri normal işləməkdən ötrü sağlam olmalıdır. Dəri müxtəlif səbəblərdən sağlamlığını itirə bilər. Dərinin quruması bunlardan biridir.

Dəri quruluğu qabıqlanma, qaşınma və çatlama ilə özünü göstərən və insanı narahat edən bir vəziyyətdir. Dəridə quruluq və qabıqlanma müxtəlif səbəblərdən yarana bilər. Quru dəri bədənin hər hansı bir yerində yarana bilər. Ən çox əllərdə, qollarda və ayaqlarda olur.

Dərinin qurumasının səbəblərinə aşağıdakılar daxildir:

•Hava: 

Qış aylarında temperatur və rütubət aşağı düşür. Bu aylarda dəri qurumağa meyillidir. Soyuqda dəri quruluğu tez-tez olur.

•Temperatur: 

Ətrafı qızdırmaq üçün istifadə edilən soba, kamin, elektrik sobası və qızdırıcı havanı qurudur və dərinin qurumasına səbəb olur.

•İsti vanna və duş:

Uzun müddət isti suda qalmaq dərini qurudur. Eyni zamanda, çox xlorlu hovuzlar da dərinin qurumasına səbəb olur.

•Sabunlar və yuyucu vasitələr:

Dərini təmizləmək üçün istifadə edilən məhsulların əksəriyyəti dəridəki nəmi azaldır.

•Dəri xəstəlikləri:

Atopik dermatit və sedef kimi dəri vəziyyətlərində dəri quruyur və qabarıq olur.

•Əllərin yuyulması:

Peşələrinə görə əllərini tez-tez yumaq məcburiyyətində qalanlarda quru əllər olur.

•Yaş:

Yaşlıların dərisi gənclərə nisbətən daha quru olur.

Dərinin qurumasının əsas əlamətləri bunlardır:

•Çatlamış və kobud dəri

•Quru dəri qaşınmaya səbəb ola bilər.

•Çəhrayı-qırmızı ləkələr

•Qabıqlı dəri

Hansı vitamin çatışmazlığı dərinin qurumasına səbəb olur?

•Vitamin D:

Qadınlar üzərində aparılan bir araşdırmada, D vitamini səviyyəsi aşağı olan qadınların normal D vitamini səviyyəsinə sahib qadınlardan daha quru dəriyə sahib olduğu göstərilmişdir.

•Vitamin C:

Güclü antioksidantdır və kollagen istehsalı üçün lazımdır. Buna görə də dəri sağlamlığı üçün çox vacibdir. Tədqiqatlar göstərir ki, C vitamini əlavələri ilə dəri nəmliyi artır.

•Vitamin A:

Retinol A vitamininin törəməsidir. Retinol yeni dəri hüceyrələrinin istehsalını stimullaşdırır. Retinolun olmaması ilə dəri həddindən artıq quruyur.

Dərimizin qurumasının qarşısını almaq üçün bunlara diqqət etmək və evdə hazırlanan və ya aptekdən alınmış dərmanlardan istifadə etməmişdən əvvəl mütləq ailə həkimi ilə məsləhətləşmək lazımdır.

Mənbə: yasamhastaneleri

Tərcümə etdi: Aytac Musayeva


Paylaş
Şərh əlavə et