Bu gün:

Məşhur cizgi filmlərinin inanılmaz sonluqları


Uşaq vaxtı heyran qaldığımız cizgi filmlərinin, əslində, heç birimizin bilmədiyi kədərli və çox təəccüblü sonluqlarla bitdiyini bilirdinizmi? Texnologiyanın həyatımıza o qədər də intensiv daxil olmadığı bir dövr idi. Uşaq olanda vaxtımızın çoxunu küçədə oynayaraq, televizorda cizgi filmlərinə baxaraq keçirirdik. Heyran olduğumuz personajlar və açıq gözlə izlədiyimiz cizgi filmləri bizi bizdən uzaqlaşdırırdı. Eyni epizodlara dönə-dönə baxırdıq, özümüzü o personajların yerinə qoyurduq, amma hər hekayənin olduğu kimi, o filmlərin də sonu var idi və bir çoxumuz o sonluqları heç seyr etməmişik, heç seyr edə bilmərik də. Səbəb odur ki, əksər cizgi filmlərinin sonlaarında şiddət, qorxu və ədəbsizlik var və uşaqların psixologiyasına zərər verməmək üçün ölkələr tərəfindən qadağan edilib.

Nə ola bilərdi? Bu şirin Tom və Cerrinin sonu necə də pis ola bilərdi? Bəs Bugs Bunny? Zövqlü və bizi güldürən bu hekayələrin sonu nə qədər pis ola bilərdi? O qədər müxtəlif finallar var idi ki, əvvəllər sevinclə ağzımız açıq baxırdıq, indi də təəccüblə ağzımız açıq oxuyacağıq. Sevimli cizgi film qəhrəmanlarımızın maraqlı sonluqlarını, keçmişdə bizi ekranın qarşısından ayrılmağa qoymayan uşaqlıq əyləncələrimizi eşidəndə şoka düşəcəksiniz. Əgər faktları bilsəydik, bu cizgi filmi personajlarının son durumu bizi çox kədərləndirərdi və bəlkə də bir çoxumuzda mənfi izlər buraxardı. Nə yaxşı ki bilməmişik, nə yaxşı ki baxmamışıq. Gəlin bunu daha da uzatmayaq və burada 9 sehrli cizgi filminin əsl sonları ilə tanış olaq. 

1. Teletubbies


Ən məşhur uşaq seriallarından biri olan “Telatabi” son bölümdə balaca qızı tutub öldürür və səhərə kimi bu qızın cənazəsi ilə ayin icra edirlər və nurun rəmzi olan günəş doğar. Bu son epizoddan sonra gələn reaksiyalardan sonra bu "məsum karikatura" məhkəmə qərarı ilə qadağan edilir.

2. Tom və Cerry 


Uşaqlıqda sevdiyimiz və daim bir-biri ilə dalaşan Tom və Cerrinin final bölümündə baş verənlər olduqca üzücüdür. Tom və Cerri iki qızı sevir, lakin bu qızlar bu iki qəhrəmana əhəmiyyət vermirlər. Tom və Cerrinin macəralı və əyləncəli həyat hekayəsi yaşadıqları eşq ağrısı ilə birdən-birə dəyişir. İkisi qatar yolunda oturur və çox təəssüf ki, birlikdə intihar edirlər.

3. Jetgiller 


Dövrdə iz buraxan və ən çox izlənənlər arasında olan Jetgiller filminin sonu həqiqətən böyük bir xəyal qırıqlığıdır. Evin atası Corc Cetson həyat yoldaşı Ceyn Cetsona evin qulluqçusuna aşiq olduğunu etiraf edir. Ancaq bir problem var. Evin qulluqçusu robotdur. Ceyn Cetson isə ərinin ağlını itirdiyini düşünür və robotu öldürür.

4. Süngər Bob


Ən məşhur cizgi film qəhrəmanlarından biri olan Süngər Bobun son bölümü olduqca kədərlidir. Süngər Bobun getdiyi Krabby restoranında yanğın baş verir və təəssüf ki, Süngər Bob və Patrik ölür. Bu vəziyyət uşaqlara mənfi təsir göstərəcəyi üçün digər cizgi filmləri kimi bu cizgi filminin final bölümü də bir çox ölkələrdə göstərilməyib.

5. Şəkər qız Candy


Xüsusilə 90-cı illərdə qız uşaqlarının izlədiyi Candy cizgi filminin son bölümü çox mürəkkəb Braziliya seriallarını xatırladır. Candinin sevgilisi atdan yıxılaraq ölür. Bunun üzərinə Candy Terri adlı bir adamla münasibət qürur. Daha sonra Terri Candini aldadır və başqası ilə sevgili olur. Bu vəziyyətdən sonra Candy mərhum sevgilisinin dayısı ilə evlənir. 

6. Adventure time 


Fin əslində komada olan uşaqdır və bütünlüklə cizgi filmi əslində Finin komada olarkən yuxularından bəhs edir. Bu səbəbdən hekayədə qeyri-real xarakterlər və məkanlar mövcuddur. Bu cizgi filminin son bölümü hələ yayımlanmayıb və bir nəzəriyyə irəli sürülüb. Fin komadan çıxandan sonra dostu Cekin danışa bilmədiyini öyrənib və intihar edəcək.

7. Phineas və Ferb


Təəssüf ki, bu cizgi filminin sonu yoxdur. Həqiqi və kədərli bir hekayəni izah edən cizgi filmində Candace əslində şizofreniya xəstəsidir və qardaşlarının davamlı olaraq bir şeylər uydurduğunu görür. O, gündəlikdə gördüyü hər şeyi qeyd edir. Cizgi filminin əsas qəhrəmanları hiperaktiv uşaq Phineashi və beynindəki şiş səbəbindən danışa bilməyən Ferbdir. Candece bir müddət sonra intihar edir və anası onun xatirəsinə gündəliyini cizgi filminin prodüserlərinə verir və bu cizgi filmi bu hadisədən sonra ortaya çıxıb.

8. Cedric 


“Həqiqətən 8 yaşındasansa” misrası ilə beynimizə həkk olunan, illər keçsə də heç böyümədiyini zənn etdiyimiz Sedrikin hərəkətləri heç də günahsız deyil. Cizgi filminin son bölümündə platonik sevgisi Çenə təcavüz edən Sedrikin bir övladı olur və onlar evlənirlər. Finalda Cedric və Chen-in böyüdükləri və hər ikisinin 28 yaşında olduğu izah edilir. Sedrikin final bölümü ədəbsiz və mənfi davranışlar ehtiva etdiyi üçün Türkiyə də daxil olmaqla bir çox ölkələrdə yayımlanmayıb.

9. Bugs Bunny 


Hamımızın çox sevdiyi ağıllı dovşan Bugs Bunny-nin sonu ilə bağlı müxtəlif nəzəriyyələr var. Hər epizodda Bugs Bunny-ni öldürmək üçün xain planlar quran donuz ovçusunun son bölümdə dişli dovşanı öldürdüyü bildirilir. Başqa bir nəzəriyyəyə görə, Bugs Bunny-nin rəqib ördəyi DuffyDuck-u öldürdüyü irəli sürülür və onun, ümumiyyətlə, filmdə gördüyümüz kimi personaj olmadığını ortaya qoyur.

Mənbə: Sayfa16 

Tərcümə etdi: Nuran Əhmədzadə 


Paylaş
Şərh əlavə et