Bu gün:

5 addımda mükəmməl balet topuzu yarat


Rəqs edərkən saçlarınızın önünüzə düşməməsi, dağınıq olmaması vacibdir və bu, səviyyəsindən asılı olmayaraq, xüsusilə balet dərslərində vacib bir məqamdır. Qısa saçlarınız varsa, saç bandından istifadə edə və ya saçınızı bir neçə sancaqlar ilə yanlara sabitləyə bilərsiniz. Hər iki halda da saçlarınız səliqəli görünməli və dağınıq olmamalıdır. Uzun saçlar üçün balet topuzu saçın səbəb olduğu mümkün kiçik qəzaların qarşısını almaq və rahat, təhlükəsiz məşq etmək üçün ən yaxşı həll yoludur. 


Nələr lazımdır:

Daraq, saç fırçası, saç sancaqları, saç toru, saç spreyi

1) Saçınızı daraq vasitəsilə darayın.

2) Daranmış saçlarınızı at quyruğu halına gətirin. Topuz at quyruğunuza sabitlənəcəyi üçün güclü saç reyzinindən istifadə edin. Kənarlarından çıxan saç tellərini nazik daraqla zərif şəkildə darayaraq düzəldin. At quyruğunu saç spreyi ilə hamar vəziyyətə gətirin. 

3) At quyruğunuzu yarıya bölün.

4) Bir parçanı at quyruğunuzun ətrafına spiral şəklində dolayın. Saç sancaqları ilə bərkitməyə davam edin.

5) Dolama prosesini tamamladıqdan sonra saç torunu topuzun üzərinə keçirdin. Saç torunu saç sancaqları ilə bərkidin. Yanlardan çıxan saç telləri varsa, onları düzəltmək üçün nazik darağınızın uc hissəsindən istifadə edə bilərsiniz. Son dəfə saç spreyi ilə bərkidin. İndi bütün sıçrama, bükülmə hərəkətlərinə tab gətirə bilən möhkəm bir saç düzümünüz var. 

Mənbə: Picta store 

Tərcümə etdi: Nuran Əhmədzadə 

Paylaş
Şərh əlavə et