Bu gün:

Balet hansı əzələləri gücləndirir?


Tipik klassik balet dərsləri tələbələrə düzgün duruşu inkişaf etdirməyə, əzələ və oynaqların elastikliyini artırmağa və əsas əzələ gücünü qurmağa kömək edir. Balet texnikası fiziki cəhətdən çətindir və rəqqaslar xüsusi əzələləri müəyyən etməyi və onları balet hərəkətləri, orta hərəkətlər vasitəsilə şüurlu inkişaf etdirməyi öyrənirlər. Balet məşqləri fasiləsiz davam etdirildikdə və məşqlər təlimatçının nəzarəti altında müntəzəm olaraq yerinə yetirildikdə, bir çox vacib əzələ qrupları elastikliyini qoruyaraq güclənir.

Gücləndirilən əsas əzələ qruplarından bəziləri bunlardır:

Quadriseps və Hamstrinqs

Balet təlimi rəqqaslar üçün nazik, uzun və güclü ayaq əzələ quruluşunu anatomik olaraq inkişaf etdirməyə əsaslanan məşq proqramıdır. Güclü əzələ quruluşunu əldə etmək və uzun ayağa sahib olmaq həm balet texnikası, həm də balet estetikası baxımından çox əhəmiyyətlidir. Müvafiq olaraq, rəqqaslar adətən quadriseps əzələ qrupundan, tam diz uzadılmasına və omba fleksiyasına kömək edən əzələ qrupundan fəal şəkildə istifadə edirlər.


Bundan əlavə, dizləri bükmək, əymək, çəkmək baletdə əsas hərəkətlərdəndir və hər dəfə rəqqas dizləri bükdükdə onların hamstrinqləri gərilir. Nəticədə, balet məşqi zamanı rəqqasənin hamstrinqləri getdikcə daha da güclənir. 

Omba yuvasında ayaqların açılması klassik balet texnikasının mühüm elementidir. Rəqqaslar ayaqlarını çölə çevirmək üçün xarici omba rotatorlarından və qluteal əzələlərdən istifadə edir və ayaq uzatmaları, atlamalar və dönmələr zamanı bu vəziyyəti qoruyurlar.

Baldır əzələləri və ayaqları

Balet rəqqasları hər dəfə barmaqlarını uzatdıqda və ya ayaq barmaqlarının ucunda qalxanda alt ayaq əzələlərini gücləndirirlər. Plantar fleksiyanı vurğulayan məşqlər rəqqasəyə baldır əzələlərini işlətməyə, inkişaf etdirməyə imkan verir.

Onlar tullanmaq üçün eyni texnikanı yerdən itələyərək yuxarıya doğru irəliləyirlər və yerə düşdükləri zaman enişlərini yumşaltmaq üçün ayaqlarını oynaqlar boyunca tədricən yerə basdırırlar. Bu cür ayaq hərəkətləri nəticəsində baldır və ayaq əzələləri çox güclənir. 

Arxa və əsas əzələlər

Balet rəqqasları üçün qarın, arxa və çanaq əzələləri əsas sabitliyin qorunmasında çox təsirlidir. Hər poza, dönmə və atlama zamanı bu əzələləri aktiv saxlamaq üçün özlərini məşq etdirirlər. Əsas əzələlərdən düzgün istifadə rəqqasə düzgün durmağa və tarazlığı qorumağa kömək edir, hərəkət keyfiyyətinin təmiz və güclü olmasını təmin edir və rəqslə bağlı zədələrin qarşısını alır. Balet rəqqasları həm balet barre hərəkətləri, həm də orta hərəkətlər zamanı daim öz əsas əzələlərini istifadə edirlər, beləliklə, bu əzələlər sıx və güclü olur. 

Mənbə: Picta store 

Tərcümə etdi: Nuran Əhmədzadə

Paylaş
Şərh əlavə et