Bu gün:

Balerinalar ayaqlarının ucunda necə dayanırlar?


Bir çox insanlar balerinaların ayaq barmaqlarında dayanma qabiliyyətinə heyran qalırlar. Kiçik qızlar balerinaları təqlid edir və onlar kimi olmağa, ayaq barmaqlarında dayanmağa çalışırlar. Bəs balerinaların ayaq üstə dayana bilmələrinin sirri nədir?

Həqiqət budur ki, bunun heç bir sirri yoxdur. Bu sehr və ya hiylə işi deyil. Ayağın ucunda yeriyə bilmək üçün çox çalışmalıyıq. Xüsusi hazırlanmış ayaqqabılarında buradə rolu böyükdür. 

Balerinaların ayaqlarının ucunda durması üçün şərtlər

Ayağın ucunda dayana bilməyin əsas şərti ayaq əzələlərinin və tendonlarının adekvat gücləndirilməsidir. Ayaq əzələlərinə əlavə olaraq, qarın və onurğa əzələlərinin düzgün texnika üçün kifayət qədər güclənməsi çox vacibdir. Bu, gənc yaşdan başlayaraq uzun illər çalışmaqla mümkündür. Ayaq biləyini lazımi dərəcədə gücləndirmədən pointe ayaqqabı geyinmək ayaq biləyinin və ya dizlərin zədələnməsinə səbəb ola bilər.

Ayağın ucunda dayanmağı təmin edən başqa bir element ayaqqabılardır. Həmin ayaqqabıların qutuya bənzər ucları rəqqasların ayaq barmaqlarını əhatə edən hissələrdir. Bu hissə xəmirdən və müxtəlif növ parça təbəqələrdən hazırlanır. İstifadə olunan məcun, pasta yarı elastik vəziyyətdə qurudulmaq üçün xüsusi olaraq hazırlanmışdır. Bu, ayaqqabının həm rəqqasənin ayağını dəstəkləyəcək qədər sərt, həm də rəqqasənin axıcı şəkildə hərəkət etməsinə imkan verəcək qədər elastik olmasını təmin edir. 

Ayaqqabının “platforma” adlanan ucu rəqqasın tarazlığını saxlamaq üçün düzləşdirilmiş səthə malikdir. Ayaqqabılar, həmçinin "gövdə" adlanan sərt materialla gücləndirilmiş altlıq ilə təchiz edilmişdir. Balet rəqqasları ayaqqabıları ilə fırlanma, tarazlıq hərəkətlərini edə və hətta ayaq barmaqları üzərində tullana bilərlər. Ayaqqabılar nə qədər sərt olsa da, səhnədə rəqs edən balerina balet texnikası sayəsində çox yüngül və yumşaq bir görünüş qazanır.

Mənbə: Picta store 

Tərcümə etdi: Nuran Əhmədzadə

Paylaş
Şərh əlavə et