Bu gün:

Dünyanın ən böyük ilanı


Təxminən 13 metr hündürlükdə və 1140 kiloqram ağırlığında olan nəhəng ilan Titanoboa cerrejonensis indiyə qədər kəşf edilmiş ən böyük, ən uzun və ən ağır ilandır.

Ancaq başqa bir xüsusiyyət var. Dünyanın ən böyük ilanı: Titanoboa təxminən 58-60 milyon il əvvəl Paleosen dövründə yaşamış nəsli kəsilmiş bir canlıdır. Ginnesin Rekordlar Kitabına görə indiyə qədər ölçülən ən uzun ilanın uzunluğu 10 metr olub. Ən ağır ilan 183 kiloqram ağırlığında olan pitondur.Titanoboa ilanının ölçüləri bunlarla müqayisə edildikdə əhəmiyyəti daha aydın görünür. Titanoboanın təəccüblü kəşfi Kolumbiyanın La Guajira Cerrejon şəhərində dünyanın ən böyük açıq kömür mədənlərindən birində çalışan alimlər tərəfindən edilib.

Növbəti on ildə Panama Smitson Tropik Tədqiqat İnstitutunun və Florida Universitetinin Florida Təbiət Tarixi Muzeyinin alimləri tərəfindən dünyanın ilk tropik meşəsi olduğuna inanılan bir ərazi kəşf edildi. Bu ərazidə nəhəng tısbağaların və timsahların fosilləri, həmçinin lobya, banan və avokado kimi ilk məlum bitkilərdən bəziləri tapıldı. Ancaq ən heyrətamiz kəşf, əvvəllər kəşf edilməmiş ilan növlərinin fosilləşmiş fəqərələri idi. Alimlər tərəfindən "titanoboa" adlandırılan və müasir anakonda və boa konstriktorlarının uzaq qohumu olduğuna inanılan nəhəng ilan zəhərli deyildi. Titanoboa ovunu 281 kq/m2 təzyiqlə sıxaraq öldürüb. 

Dünyanın ən böyük ilanının real surəti Smithsonian Milli Təbiət Tarixi Muzeyində nümayiş etdirilir.

Mənbə: Sorubankasi

Tərcümə etdi: Gülay Qəribova

Paylaş
Şərh əlavə et