Bu gün:

Yuxu saatları sağlamlıq haqqında nə deyir


Gecənin hər saatının müəyyən bir orqanla əlaqəli olduğunu bilirdinizmi? Çin bədən saatı nədir

Hər gecə təxminən eyni saatda oyanırsınızsa, ənənəvi Çin təbabətinə əsaslanan Çin bədən saatını yoxlamağı məsləhət görürük. Çin bioloji saatı bədəndə enerjinin dövran etdiyi intervalları göstərir. Yəni hər 2 saatdan bir müəyyən bölgədə ən yüksək enerji səviyyəsi hiss olunur. Yaxşı bir gecə yuxusu üçün ilk növbədə orqanları yoxlamaq lazımdır.

21.00-23.00 arası oyanmaq

Qədim Çin təbabəti deyir ki, səhər saat 9-dan 11-ə qədər yatmaqda çətinlik çəkənlərin endokrin və limfa sistemləri problemi var. Bu vaxtda sistemlər daha aktivdir. Bədəninizin enerjisi bu saatlar arasında balanssızdırsa və yuxuya getməkdə çətinlik çəkirsinizsə, bu, həddindən artıq stress və narahatlıqla əlaqəli ola bilər. 

Bundan əlavə, bu simptomlar arasında hormon balanssızlığı və tiroid bezinin pozulması ola bilər. Bu problemləri həll etmək üçün daha yaxşı bir yuxu rejiminə ehtiyacınız var. Yatmazdan əvvəl meditasiya edərək və ya mantra oxuyaraq özünüzü rahatlaşdıra bilərsiniz. Əzələləri rahatlaşdıran məşqlər də yatmağınıza kömək edə bilər.

23.00-01.00 arası oyanmaq

Bu saatlar öd kisəsi enerjisi meridianının aktiv olduğu vaxtdır. Bu orqanın işləməməsi balanssızlıq, qərarsızlıq, qərar qəbul etməkdə çətinlik, utancaqlıq və qorxaqlıq hissləri ilə əlaqələndirilir. Emosional olaraq pis hiss etdiyiniz bir dövrdə ola bilərsiniz. Bu vəziyyəti həll etmək üçün özünüzü olduğunuz kimi qəbul etməyə çalışın. Eyni zamanda, mütəxəssislər zərərli içkilər və trans yağlardan istifadə etməməyi tövsiyə edirlər.

01.00-03.00 arası oyanmaq

Bu saatlar arasında qaraciyər daha aktivdir. Bu müddət ərzində oyanmaq son dərəcə qəzəbli olduğunuzu göstərir. Oyandığınız zaman qəzəbli, əsəbi və baş ağrıları hiss edə bilərsiniz. Bədəninizi zərərsizləşdirməyə və günün emosiyalarını emal etməyə çalışın.

03.00-05.00 arası oyanmaq

Bu saatlar arasında ağciyərlər daha aktivdir. Bu orqanla bağlı probleminiz varsa, kədər, dayaz nəfəs alma, tərləmə və sinə ağrısı hiss edə bilərsiniz. Yatmazdan əvvəl nəfəs məşqləri etməyə çalışın və ya dostunuzla, psixoloqunuzla danışın. Nə qədər güclü olduğunuzu düşünün və sizi narahat edən problemlərin öhdəsindən gəlməyə çalışın.

05.00-07.00 arası oyanmaq

Bu saatlarda yoğun bağırsaq daha aktiv işləyir. Qədim Çin təbabətinə görə, mütəxəssislər pəhrizinizə daha çox lif və ya su əlavə etməyi məsləhət görürlər.

Mənbə: Habertürk

Tərcümə etdi: Samirə İsmayılova

Paylaş