Bu gün:

Balet uşaqların inkişafına böyük töhfələr verir


Balet musiqisinin uşaqların əqli inkişafına verdiyi töhfələr

Balet musiqisi ilə müşayiət olunan balet dərslərinin  verilməsi uşaqların ritm duyğusunun və musiqi duyumunun inkişafında mühüm yer tutur. Balet dərslərində musiqi ilə müşayiət olunan hərəkətləri öyrənən uşaqların zehni inkişafı təmin edilir. Uşaqlar musiqi ilə yanaşı balet hərəkətlərini də yaddaşlarında saxlamağa çalışdıqca həm vizual, həm də eşitmə yaddaşları inkişaf edir. Eyni zamanda musiqinin müşayiəti ilə balet hərəkətlərini edərkən özlərini bu sehrli dünyaya qərq edirlər. Bu yolla onların təxəyyülləri zənginləşir və yaradıcılıqları işə salınır. Eyni zamanda onların qulaqları klassik musiqiyə alışır. Skripka, piano, violonçel kimi bir çox alətlərin səslərini tanımaq imkanları var.


Barmaqların ucunda edilən hərəkətlərin ahəngdarlığı zərifliyin ifadəsi olan baleti təsvir etmək üçün kifayət etməsə də, balet musiqisi tamaşaları və səhnədəki hekayəni dəstəkləyən bir element kimi ortaya çıxıb. Məşhur bəstəkarlar notları bir araya gətirərək indi də istifadə olunan və unudulmaz musiqilər yaradıblar.

Balet musiqisi klassik alətlərdən ibarətdir;

Skripka, piano, violonçel kimi alətlərdən ibarətdir. Zərb alətləri balet musiqisində nadir hallarda görünür. Söhbət sakit və dinc musiqi bəstələməkdən gedir.

Balet rəqs musiqisinin xüsusiyyətləri uşaqların ritm qavrayışını inkişaf etdirməyə, yaddaşını gücləndirməyə və hərəkətləri yadda saxlamağa kömək edir. Dərslərdə klassik musiqi ilə oxuyan şagirdlərin musiqi duyumu inkişaf etdikcə hərəkətlər arasında əlaqə yaratmaq daha asan olur. Zehni inkişaf etdirməyə kömək edən balet musiqisi uşaqların düşünmə qabiliyyətini də artırır.


Balet rəqsi, musiqisi də öyrənilən tamaşaların unudulmamasını təmin edərək yaddaqalanlığı artırır. Şagirdlər musiqi dərslərində daha uğurlu olurlar. Əlaqə və mücərrəd düşünmə bacarıqlarının inkişafı sayəsində məktəb həyatında həmyaşıdlarından daha uğurlu olurlar. 

Mənbə: Pictastore 

Tərcümə etdi: Nuran Əhmədzadə 


Paylaş
Şərh əlavə et