Bu gün:

Müasir rəqs nədir?


Balet və digər rəqs növlərinin hərəkətlərinin daha sərbəst və təbii bədən duruşu ilə ifa olunduğu rəqsə modern dance deyilir. Müasir rəqs bədənin təbiiliyindən istifadə edərək, rahat paltar geyinərək və çox vaxt ayaqyalın rəqs edirilir. Bu, hər bir rəqsin fiqurlarından ilhamlanan, lakin onları özünəməxsus ritmlərinə uyğun istifadə edən rəqs növüdür. Müasir rəqs emosional hiss ötürülən və musiqi axınını rəqqasların hərəkətləri vasitəsilə tamaşaçılara əks etdirərək ifa edilən rəqs növüdür.  Müasir rəqsdə bədən emosional ifadənin ən yaxşı vasitəsidir. 


Müasir rəqs tək və ya partnyor və qrupla xoreoqrafiya yaradaraq ifa edilə bilən ən rahat rəqs növlərindən biridir. Müasir rəqsdə sənətçi musiqinin ritmindən və digər rəqs növlərinin fiqurlarından, xüsusilə balet hərəkətlərindən vaxtaşırı istifadə edir. Müasir rəqs hərəkətləri arasında fərqləndirici xüsusiyyətlərdən biri floorwork və sıçramalardır. Bu əsas müasir rəqs hərəkətləri ilə yanaşı, rəqqaslar musiqinin kədərini, sevincini, şövqünü və qəzəbini bədənləri ilə çatdırmaq üçün jest və mimikadan da istifadə edirlər. Sənətçi öz əhval-ruhiyyəsini rəqs edərək tamaşaçılara çatdırır. 

Müasir rəqs fiqurları nədir?

Müasir rəqs fiqurlarının fərqli adları yoxdur. Bunun birinci səbəbi, digər rəqslərin əksi kimi görülə bilən müasir rəqsin əslində balet formalarının çevrilmiş bir variantı kimi sərgilənməsidir. 

Müasir rəqs texnikaları

Müasir rəqsi edərkən istifadə olunan bir neçə əsas texnika var. Bu texnikalarla siz rəqsinizi şaxələndirə və müxtəlif xoreoqrafiyalar həyata keçirə bilərsiniz. Müasir rəqsin əsas texnikalarından bir neçəsini sadalayaq:

Graham, Cunningham, Release, Limon. 

Müasir rəqs əslində improvizasiya üçün kifayət qədər uyğun bir rəqs olsa da, keyfiyyətli rəqs təqdim etmək üçün improvizasiya təcrübənizdə sizə kömək edəcək üsulları öyrənmək faydalıdır.

Floorwork

Müasir rəqsi digər rəqs janrlarından fərqləndirən ən mühüm xüsusiyyətlərdən biri də müasir rəqs sənətçilərinin özlərini çox sərbəst və estetik bir şəkildə yerə buraxa bilməsidir. Bu vəziyyət müasir rəqsin coşğusunun çatdırılmasında faydalı olsa da, bədən çəkisinin estetik baxımdan necə istifadə oluna biləcəyinin ən yaxşı göstəricilərindən biridir.

Müasir rəqs hərəkətləri arasında floorwork bu baxımından çox estetik olan və sənətçinin öz bədənini yerdə istifadə etməsinə imkan verən hərəkətlər toplusudur. Müasir rəqs sənətçisi "döşəmə işi" mənasını verən floorwork ilə yerdə sürünərək fiqurlar ifa edərək müasir rəqs texnikalarını nümayiş etdirir.

Addımlamalar 

Müasir rəqs hərəkətləri arasında balet əsasında qurulan başqa bir fiqur növü müasir rəqsin pilləli hərəkətləridir. Müasir rəqs zamanı rəqqaslar balet rəqqasının addımlarını daha sərbəst ataraq, sıçramalarda və dönüşlərdə bu addımlardan istifadə edə bilirlər.

Əsas qol-ayaq hərəkətləri

Müasir rəqsin hər bir fiqurunun əsasını balet təşkil etdiyi üçün müasir rəqsin əsas qol və ayaq hərəkətləri də baletdən ilhamlanır və müxtəlifdir. Müasir rəqsdə qollar və ayaqlar baletdəki kimi büzülmə yolu ilə hərəkət etmir, əksinə, qollar və ayaqlar musiqinin emosiyasını və ritmini sərbəst şəkildə əks etdirir. Rəqqaslar xoreoqrafiya çərçivəsində istədikləri estetik fiqurları təqdim edə bilərlər.

Dönüşlər - sıçramalar 

Qol və ayaq hərəkətləri kimi baletdən daha sərbəst vəziyyətdə və daha çevik bir duruşla edilir. O, sıçramalarla birləşdirilə bilər və musiqinin ritminə uyğun olaraq bədən istənilən vəziyyətdə istifadə edilə bilər. 

İnkişaf etdirmək 


Müasir rəqsə xas fiqurlar arasında baletdən ilhamlanan developpe də var. Developpe hərfi mənada “daim böyüyən, inkişaf edən” deməkdir. Müasir rəqsdə developpe hərəkəti ayağın əvvəlcə dizə qədər uzadılması, sonra irəli və ya geri açılması və bu fiqurun üzərinə daha sərbəst şəkildə müxtəlif fiqurların əlavə edilməsi ilə həyata keçirilir. 

Mənbə: Dans akademi 

Tərcümə etdi: Nuran Əhmədzadə

Paylaş
Şərh əlavə et