Bu gün:

Öyrənilməsi çətin olan rəqs növləri hansılardır?


Rəqs bədənə xoşbəxtlik hormonları verən bir fəaliyyətdir. Rəqs haqqında bilməli olduğumuz ilk və ən vacib amil, bu öyrənmənin davamlılıq və təcrübə tələb etməsidir. Təcrübəsiz rəqs zaman keçdikcə sönük olmağa və hərəkətləri unutmağınıza səbəb ola bilər. Bu zaman bir çox insanlar çətin rəqslərdən uzaqlaşır, çünki onlar asan rəqs öyrənmək istəyirlər. Ancaq kifayət qədər təcrübə ilə ən çətin rəqsi belə öyrənmək olar. Bundan əlavə, siz bilməlisiniz ki, hər hansı digər fəaliyyətlər kimi rəqs də səbir və vaxt tələb edir və hamısını birdən öyrənmək mümkün deyil.

Öyrənilməsi çətin olan rəqs növlərinin hər kəs üçün müxtəlif cavabları olsa da, hip-hop kimi şən rəqslərdə xoreoqrafiyanı öyrənmək xüsusilə çətin ola bilər. Rəqs həm bədənin, həm də zehnin aktiv şəkildə istifadə olunduğu bir fəaliyyətdir. Beyninizdən keçənlər və fiziki hərəkətləriniz uyğun gəlməyəndə ortaya çıxan görüntü sizi qane etməyəcək. Bu səbəbdən əvvəllər heç rəqs etməmisinizsə, yüksək sürətli rəqslərlə başlamaq məsləhət görülmür. Bu rəqslər zamanı hərəkətlər çox tez dəyişir və siz onların hamısını öyrənib sürətli keçidlər etməlisiniz ki, bu da sizi yorur və qorxuda bilər. 

Locking rəqsi 


1960-cı illərin gecə klublarına qədər uzanan köklü bir tarixə malik olan locking rəqsi, qolların hərəkətinin musiqinin ritmi ilə eyni vaxtda icra edildiyi rəqsdir. Bu əsas hərəkət olsa da, bütün bədənin aktiv rol oynadığı və özünəməxsus xoreoqrafiyasına malik olan bu rəqs yeni başlayan rəqqaslar üçün çətin ola bilər.

Rəqs ən qədim sənətlərdən biridir. Hazırda sosial şəbəkələrdə paylaşılan rəqs videoları hətta daha əvvəl heç rəqs etməyən insanları da həvəsləndirir və rəqs dərsləri axtarmağa başlayırlar. Bu nöqtədə, rəqslə maraqlandığınızı başa düşsəniz, rəqs kursu  ilə işləmək çox faydalı ola bilər. Beləliklə, rəqs kursunda sizin kimi bir çox maraqlanan və yeni rəqqaslarla tanış olaraq həm bir mütəxəssisdən dərs ala, həm də dostluq edə bilərsiniz.

Popping rəqsi


Popping rəqsi indiyə qədər yaradılmış ən dinamik rəqslərdən biridir. Əyləncəli üslubdan diskoteka üslubuna keçid zamanı yaranan bu rəqs hitting, ticking, puppet kimi bir çox tanınmış rəqs texnikalarının birlikdə istifadə edildiyi bir tərzdir. Üslubları birləşdirərək edilən hərəkətlər bu rəqsi çox əyləncəli və zövqlü edir.

Hip hop rəqsi


Hip hop rəqsi öyrənmək üçün çox çətin bir rəqs olsa da, bir çox insanların sevdiyi ən məşhur rəqslərdən biridir. Həyat tərzi kimi tanınan hip hop həm də rəqs janrı kimi qarşıya çıxır. 1970-ci illərdə ABŞ-dan dünyaya yayılan bu rəqs illər keçməsinə baxmayaraq günümüzün ən məşhur rəqsləri arasında yerini itirməmişdir. Hip hop rəqsi öyrənilməsi ən çətin rəqslərdən biri kimi tanınır. Çünki çox köklü bir tarixə malik olan bu rəqs bir çox hərəkətlərin eyni anda icra edildiyi və xoreoqrafiyanın çox sürətlə irəlilədiyi rəqsdir. Hip hop rəqsini  necə öyrənmək sualını araşdırırsınızsa, bu mövzuda mütəxəssis komandası olan bir rəqs kursu ilə təhsil almaq məntiqli olardı. Beləliklə, siz başlanğıc səviyyəsindən başlaya və hip hop rəqsini ən incə detalları ilə öyrənə bilərsiniz. Bilməlisiniz ki, kifayət qədər məşq və səbirlə öyrənmək mümkün olan rəqsdir. Kifayət qədər səylə hip hop kimi çox çətin rəqsi belə öyrənmək mümkündür.

Mənbə: Dans keyfi altunizade 

Tərcümə etdi: Nuran Əhmədzadə 

Paylaş
Şərh əlavə et