Bu gün:

Popkorn niyə və necə partlayır?


Mətbəxdə partlayışlar deyəndə heç kimin ağlına yaxşı bir şey gəlmir. Halbuki, əslində, demək olar ki, hamımızın sevdiyi bir partlayış tez-tez mətbəximizdə baş verir. Təbii ki, söhbətimiz popkorndan gedir.

Bəzi suallar olduqca adi səslənir. Axı hər kəs cavabı bildiyini düşünür. Lakin, təəssüf ki, işin təsvir mərhələsinə gəldikdə, bəzi şeylər əskik qalacaq. Bu suallardan biri "Popkorn niyə partlayır?" sualının cavabından gedir.

7000 il əvvələ aid olan bu ucuz və ləzzətli yemək, şübhəsiz ki, dünyada ən çox istifadə edilən qəlyanaltı qidalarından biridir. Bir neçə növ qarğıdalı var. Popkorn əslində xüsusi bir qarğıdalı növüdür və partlayan yeganə qarğıdalıdır.

Partlamış qarğıdalının partlamasınln səbəbi onun özəyinə daxil olan sudur. İçindəki çəyirdək kifayər qədər qızdırılarsa, bu su buxara çevrilər. Sonra ətrafındakı nişastanı yumuşaldır.

Buxar daha da istiləşdikcə su molekulları daha da sürətlə hərəkət edir və toxumun içərisində təzyiq yaranır. Qarğıdalı toxumlarının sərt qabığı xarici hücumlara qarşı çıxmaq üçün mövcuddur. Ancaq bu dəfə hücum içəridən gəlir.

Qısa müddət ərzində bu toqquşma nəticəsində toxumların içindəki nişasta dənələri jelatinli gruelin tutarlılığını qazanır. Qarğıdalı ləpəsinin xarici qabığı da bu təzyiqə yalnız müəyyən bir nöqtəyə qədər tab gətirə bilər. İçəridəki temperatur 180 dərəcəyə çatdıqda və təzyiq çöldəki normal təzyiqdən təxminən on dəfə çox olduqda, bu, pelteni sərbəst buraxmağın vaxtı olduğunu göstərir. Bundan sonra möhtəşəm bir partlayışın şahidi ola bilərsiniz.

Sərt qabıq nəhayət təzyiqə tab gətirmədən sıxıldıqda, içindəki son dərəcə yüksək təzyiq altında olan material normal atmosfer təzyiqində xarici mühitlə təmasda olur. Bundan əlavə, həcmini məhdudlaşdıran heç bir maneə yoxdur. Buna görə içindəki material dərhal genişlənir. Bu genişlənmə içəridəki təzyiq çöldəki təzyiqə bərabər olana qədər davam edir. 

Nəticədə toxumun bütün daxili hissəsi çıxır. Sıx ağ gruel ağ köpüyə çevrilir, soyuyur və sərtləşir. Dönüşüm tamamlandı. Popkornun xarakterik tutarlılığı və ağ-sarımtıl köpüklü görünüşü popkornun daxilindəki nişastadan qaynaqlanır.a

Mənbə: matematiksel org

Tərcümə etdi: Sevil İsmayılova

Paylaş
Şərh əlavə et