Bu gün:

Auschwitz Baş Düşərgəsi necə quruldu?


1947-ci ildə açılandan bəri Polşanın cənubundakı Osventsim konsentrasiya düşərgəsini 49 milyondan çox insan ziyarət edib. 

Normal şəraitdə hər il dünyanın hər yerindən iki milyondan çox ziyarətçi bura gəlir. Pandemiya zamanı bu rəqəm 500 minə düşüb. 1945-ci ilə qədər Krakovdan 50 kilometr qərbdə, Oświęcim şəhərinin qarşısında nəhəng bir ərazidə Milli Sosializm tərəfindən qurulmuş bir toplama düşərgəsi var idi. Bu gün burada dövlət muzeyi və memorial mərkəzi fəaliyyət göstərir. Nasistlərin mərkəzi məhvetmə düşərgəsi olan Auschwitz, üç əsas düşərgədən, eləcə də müxtəlif ölçülü alt və xarici düşərgələrdən ibarət, ağlasığmaz dərəcədə böyük sistemli məhv maşını idi. Yalnız Auschwitz-in əsas düşərgəsinin görünə biləcəyi muzey və Auschwitz-Birkenau Memorial Mərkəzi təxminən 191 hektar ərazini əhatə edir.

Oświęcim şəhəri (Auschwitz) Adı bütün dünyada nasist toplama düşərgəsi kimi tanınmazdan əvvəl Auşvits (pol. Oświęcim) tarix boyu tez-tez əl dəyişdirən kiçik bir şəhər idi. Bir müddət avstriyalıların suverenliyi altında idi; Bohemiya Krallığının hersoqluğuna çevrildikdən sonra Prussiyanın, daha sonra isə Polşa Krallığının hakimiyyəti altına keçdi. Oświęcim adlı yer ilk dəfə 1200-cü ilə yaxın sənədlərdə xatırlanır. 1348-ci ildə Müqəddəs Roma İmperiyasına qoşulan şəhərdə alman dili rəsmi dil kimi qəbul edilib. İqtisadi dirçəliş də bu illərdə 1900-cü ildə dəmir yolu stansiyasının qurulduğu Oświęcimdə başladı. Birinci Dünya Müharibəsinin sonunda şəhər yenidən Polşanın bir hissəsi oldu. Yuxarı Sileziya və Bohemiyanın sənaye bölgələrində çoxlu sayda mövsümi işçilərin mənzil problemini həll etmək üçün binalar və taxta daxmalar tikildi. Bu binalar daha sonra nasistlərin Osventsim həbs düşərgəsinə çevriləcəkdi. 1939-cu ilin sentyabrında İkinci Dünya Müharibəsi başlayandan dərhal sonra Oświęcim alman orduları tərəfindən işğal edildi və Alman İmperiyasına birləşdirildi. 1940-cı ildə Henrix Himmlerin komandanlığı ilə SS (nasional-sosialistlərin elit kadrlarından ibarət yarımhərbi təşkilat) heç bir zəhmət tələb edən tikinti işləri görmədən ərazini tez bir zamanda həbs düşərgəsinə çevirdi. Auschwitz Baş Düşərgəsi (Stammlager Auschwitz I) belə quruldu. Daha sonra, daha böyük Auschwitz-Birkenau məhvetmə düşərgəsi (Auschwitz II) əlavə edildi.

Mənbə: Dw

Tərcümə etdi: Rəhimə Cəmilova

Paylaş
Şərh əlavə et