Bu gün:

Tam ay insanlara və təbiətə necə təsir edir?


Tam ay hər 29,5 gündən bir baş verir və bir gecə davam edir. Bu, Yer Günəşlə Ay arasında yerləşdikdə baş verir. Tam Ay diski görünür, çünki Yerə baxan tərəf günəş işığı ilə tam işıqlanır.

2013-cü ildə Bazel Universitetinin xronobioloqları tam ayın insan yuxusuna təsiri ilə bağlı araşdırma dərc ediblər. Mövzunu üç il araşdırdıqdan sonra müəyyən etdilər ki, bu müddət ərzində yuxu 20 dəqiqə, dərin yuxu 30% azalır, melatonin səviyyəsi (yuxu-oyanma dövrlərini tənzimləyən hormon) azalır və bunun üçün 5 dəqiqə daha çox vaxt lazımdır.

Sonrakı tədqiqatlar bu məlumatları təsdiq etməsə də, başqa müşahidələr də var idi. 

2019-cu ildə İsveçrə və ABŞ-dən olan tədqiqatçılar 10 il ərzində 15 müxtəlif psixiatriya bölməsində müalicə olunan 18 min insanın məlumatını təhlil ediblər. Onlar tam ay və psixi sağlamlıq epizodları arasında heç bir əlaqə tapmayıblar.

Kopenhagen Universitetinin OPUS tədqiqat mərkəzindən bir qrup alim doqquz ay ərzində 8-11 yaş arası 800-ə yaxın uşaq üzərində araşdırma aparıb. Tam ay zamanı bu xüsusiyyətləri qeyd ediblər:

•Fiziki fəaliyyətin 8% azalması;

•Qan təzyiqinin 0,8 mm Hg artması.  

•Qan şəkərinin səviyyəsinin 0,12 mmol/l artması = 2%-dən çox;

 •4,1 dəqiqə daha çox yatmaq.

Tam ayda təbiətlə nə baş verir?

Bir çox heyvanlar, xüsusən də, quşlar üçün Ay miqrasiya və naviqasiya üçün vacibdir. Başqaları üçün onların çoxalma vaxtı ay dövrünün müəyyən mərhələləri ilə üst-üstə düşür. 

Mənbə: Ampproject

Tərcümə etdi: Leyla Əliyeva

Paylaş
Şərh əlavə et