Bu gün:

Ozon təbəqəsi


Professor Dr. Levent Kurnaz iqlim dəyişikliyini belə ifadə edib: “İqlim dəyişikliyi insanın təsiri nəticəsində atmosferdə normal olaraq tapılan karbon dioksid kimi isti qazların artmasına, iqlim tarazlığını pozmasına verdiyimiz addır”. İqlim dəyişikliyi ilə bağlı ağla gələn ən mühüm məsələlərdən biri də ozon təbəqəsinin vəziyyətidir.

Bildiyimiz kimi, ozon təbəqəsi günəşdən gələn zərərli şüaları əks etdirir, yerin həddindən artıq istiləşməsinin qarşısını alır və canlı həyatı qoruyur. Bəs bu təbəqədəki ozon, əslində, nədir?

Ozon

3 oksigen atomunun bir araya gəlməsi ilə əmələ gələn molekula ozon deyilir. Ozon yunan mənşəli bir sözdür, “iyləmək” mənasını verir. Bu, həqiqətən də güclü və iyrənc bir qoxu olan və tənəffüs yollarını zədələyən qazdır. Göyə mavi rəng verən ozon molekullarıdır.

Ozon qatı

Ozon atmosferdə iki ayrı yerdə olur. Bunlardan birincisi stratosfer, ikincisi isə troposferdir. Stratosferin 19-45 km arasında yerləşən ozon təbəqəsi ozonosfer adlanır. Ozonosferdəki ozonlar günəşdən gələn zərərli şüaları əks etdirməyə kömək edir. Lakin ozonun troposferdə toplanmasının səbəbi insanların havaya buraxdığı zərərli kimyəvi maddələrin reaksiyaya girərək ozon əmələ gətirməsidir.

Mənbə: İklimBU

Tərcümə etdi: Aminə Paşazadə


Paylaş
Şərh əlavə et