Bu gün:

Limon suyunun faydaları nələrdir?


Gündəlik həyatda tez-tez istifadə edilən limonun dəri sağlamlığından böyrək sağlamlığına qədər faydaları çoxdur.

Tərkibindəki C vitamini ilə immuniteti dəstəkləyir. Soyuqdəymə və tənəffüs yoluxucu xəstəliklərin müalicəsinə əlavə olaraq istifadə edilə bilər.

Limon suyu tərkibindəki sitrat sayəsində böyrək daşının əmələ gəlməsinin qarşısını alır. Böyrək sağlamlığını dəstəkləyir. Dəmirin udulmasını artıraraq anemiyanın qarşısını alır. Kollagen sintezini dəstəklədiyi üçün dəri sağlamlığı üçün faydalıdır. Bədəndən toksinləri və ödemi çıxarmağa kömək edir. Həzm sistemini düzəltməyə kömək edir. Qaraciyər funksiyalarının işləməsini dəstəkləyir. Həmçinin su qəbulunu asanlaşdırır. Ürək-damar xəstəliklərinin qarşısının alınmasında rol oynayır.
Limon suyunun qida dəyəri nədir?
50 qram limonun suyunun kalorili dəyəri 12 kkaldır. 0,2 qram lif olan limon suyunun tərkibində 1,13 qram meyvə şəkəri var.  0,18 qram protein olan limon suyunun tərkibində 58 mq kalium var.

Limonlu su arıqlamağa kömək edirmi?
Hər gün limonlu su qəbuı etmək arıqlamağa kömək edə bilər. Sağlam bir həyat sürmək və ideal çəki saxlamaq üçün yeməklə birlikdə və gün ərzində qəbul edilən içkilərə diqqət yetirilməlidir.  Xüsusilə içkilərə gəldikdə, kalori və sadə şəkərin məzmun düşündüyünüzdən qat-qat yüksək ola bilər.  Bir stəkan (200 ml) kola orta hesabla 80 kkal, bir stəkan (200 ml) meyvə şirəsində isə orta hesabla 110 kkal var.  Bundan əlavə, suyunuza və ya mineral suyunuza əlavə etdiyiniz limonun tərkibində təxminən 8 kkal var.  Qazlı və şəkərli içkilər yerinə limonlu su qəbul etmək əlavə kalori qəbulunun qarşısını alacaq. Limon suyunun, demək olar ki, kalorisi olmadığı halda, qazlı və şərbətli içkilərin kalorisi çox yüksəkdir. Qida dəyəri az, sadə şəkəri yüksək olan və sağlamlığa zərərli sayılan bu içkilərdən imtina edə bilmirsinizsə, limondan kömək almağa çalışın.  Suya və ya mineral suya limon əlavə etmək qazlı və şəkərli içkilərə alternativ ola bilər.  Dadı artırmaq üçün bir çay qaşığı bal əlavə edə bilərsiniz.  Bal və limon suyu da öskürək və boğaz ağrılarını sağaldır.

Mənbə: medicalprk
Tərcümə etdi: Aynur Mikayılova

Paylaş
Şərh əlavə et