Bu gün:

Kivi quşu


Kivi quşu kivi fəsiləsinə aid quş növüdür. Kivi ailəsi arasında yeganə quş növüdür. Kivi quşlarına yalnız Yeni Zelandiyada rast gəlinir. 

Kivi quşunun uçmaq qabiliyyəti yoxdur və müxtəlif yarımnövlərə bölünür. Bəzi alt növlər təhlükə altındadır.

Kivi quşu nədir?

Fərqli və üstünlük təşkil edən xüsusiyyətlərə malikdir. Ortalama beş müxtəlif növə bölünür. Ən məşhur kivi quşları aşağıdakılardır:

  • Böyük xallı kivi quşu
  • Şimal adasında qəhvəyi kivi quşu
  • Balaca xallı kivi quşu
  • Okarito
  • Tokoeka

Kivi quşunun xüsusiyyətləri nələrdir?

Kivi quşları məlum quşlardan fərqlidir. Kivi bir quş növüdür, amma bu quşların qanadları yoxdur. Kivi quşları son dərəcə sürətli qaçırlar. Orta ölçülü bir toyuq qədər böyük ola bilərlər. Kivi quşları son dərəcə dolğun bədənə malikdirlər. Onların boyu, baş quruluşu da digər quşlardan kiçikdir və son dərəcə sevimli görünürlər.

Kivi quşları orta hesabla qırx beş santimetrə qədər böyüyür. Onların orta çəkisi dörd yarım kiloqrama çata bilər. Dişi kivi quşları daha böyük bir quruluşa malikdir. Erkək kivi quşları daha zərif görünür. Kivi quşlarının erkəkləri inkubasiya edir ki, bu da onları digər quşlardan fərqləndirən başqa bir xüsusiyyətdir. Kivi quşları qanadsız toyuqlara bənzəyir. O, həmçinin daha uzun və nazik dimdik sisteminə malikdir. Onların lələkləri tük şəklindədir və daha sərt bir quruluşa malikdir.

Mənbələr: Milliyet, Pinterest 

Tərcümə etdi: Aydan Qasımova


Paylaş
Şərh əlavə et