Bu gün:

Göy qurşağı necə yaranır?


Göy qurşağı işıq şüalarının su damcılarından keçərkən sınması və əks olunması nəticəsində əmələ gəlir.

İşıq şüaları su damcılarına daxil olarkən və çıxanda bir dəfə sınır. Onlar damcıda olarkən bir neçə dəfə də əks oluna bilər. Şüalar damcıları tərk etməzdən əvvəl bir dəfə əks olunduqda rənglərin xaricdən içəriyə qırmızı, narıncı, sarı, yaşıl, mavi, tünd-göy və bənövşəyi kimi sıralandığı göy qurşağı əmələ gətirir. Şüaları iki dəfə əks etdirdikdə, rənglərin sırası tərsinə çevrilir.

Göy qurşağı işıq şüaları iki və ya daha çox dəfə əks olunduqda da yarana bilər. Ancaq belə göy qurşağı adətən çox zəif olur.

Göy qurşağı əslində tam bir dairədə əmələ gəlir, lakin onun görünməsi üçün Günəş üfüqdən təxminən 40 dərəcədən yüksək olmamalıdır. Buna görə də göy qurşağı yer səthindən baxanda yarımdairə şəklində görünür. Ancaq hündür dağın zirvəsindən və ya hündür uçan təyyarənin içindən baxanda tam bir dairədə göy qurşağı görə bilərsiniz.

Mənbə: Bilim Genç

Tərcümə etdi: Aminə Paşazadə

Paylaş
Şərh əlavə et