Bu gün:

Koalalar nə yeyir?


Koala nə yeyir? Koalalar necə qidalanır?

Tənbəl və çox ac olması ilə məşhur olan koalalar ot yeyən heyvanlardır. Onlar gündə dörd dəfə yeməklə sağ qalırlar. Koalalar nə qədər yesələr də, çox az su içirlər. Onların gündə orta hesabla içməli olduğu su miqdarı 80 millilitrdir. Lakin onlar 100 millilitrdən çox su içmirlər.

Koala nə yeyir?

Koalalar gündə bir kiloqrama qədər yarpaq yeyə bilər. Otyeyən heyvan olduqları üçün bir çox ağacların, xüsusilə, evkaliptin yarpaqlarını yeyirlər. Mədələri və bədənlərindəki immunitet sayəsində zəhərli otları həzm edə bilirlər. Ancaq hər zəhərli otu həzm edəcək qədər güclü deyillər. Koalalar nadir hallarda kol yarpaqlarını yeyirlər. Bununla belə, evkalipt yarpaqları onlara daha dadlıdır. Evkalipti tapa bilməyəndə başqa ağacların yarpaqlarını yeyirlər. Qidalanma rejimlərindəki dəyişikliklər yuxu rejiminə təsir göstərir. Evkalipt yarpaqları çətin həzm olunduğu üçün günün çox hissəsini yatmalıdırlar. Koalalar yemək tapmaq üçün uzağa getmirlər. Gündə ən az 17 saat yatdıqları üçün yaşadıqları ağacların yarpaqlarını yeyirlər. Bir yeməkdə orta hesabla 400 qram evkalipt yarpağı istehlak edirlər.


Mənbə:Hürriyet


Tərcümə etdi:Fatimə Şükürova

Paylaş
Şərh əlavə et