Bu gün:

Pandalar


Utancaq və oynaq olması ilə tanınan və müntəzəm olaraq cəmi 2000-ə yaxın olan nəhəng pandaları (Ailuropoda melanoleuca) tanıyırsınızmı?

Nəhəng Pandaları necə tanıya bilərik?

Nəhəng pandaların qulaqları, göz ətrafı, qolları, hissələri və çiyinləri qara tüklərlə doludur. Bədənlərinin arxası ağdır. Onların bədənləri qısa və dolğundur. Onların başları yuvarlaqdır. Qulaqları yuvarlaq və kiçikdir, tənbəl, utancaq və oynaqdırlar. Analar körpələrini oynamaq üçün oyada bilərlər. 

Nəhəng pandalar nə yeyir?

Onların qidasının 99%-ni bambuk təşkil edir. Bambukdan başqa balıqlar, kiçik məməlilər, meyvələr və digər bitkilərlə də qidalana bilərlər. Bu sayədə çox sürətlə çox miqdarda bambuk yeyərək gündəlik enerji ehtiyaclarını qarşılayırlar. Gündə təxminən 12-14 saat qidalanmağa sərf edirlər və gündə 38 kq bambuk yeyə bilirlər.

Nəhəng pandalar harada yaşayır? Onlar bambuk meşələrində, o cümlədən qarışıq iynəyarpaqlı ağaclarda, Çinin dumanlı və yağışlı dağlarında yaşayırlar. 

Nəhəng pandaların maraqlı xüsusiyyətləri nələrdir? 

Onlar hündür ağaclara dırmaşmağı bacarır və çox yaxşı üzgüçüdürlər, boz ayılar kimi ayı ailəsindəndirlər. 

Nəhəng Pandaların nəsli kəsilibmi?  

Onların yaşayış yerlərinin turizm mərkəzlərinə çevrilməsi və bambuk meşələrinin azalması nəhəng pandaları nəsli kəsilmək təhlükəsi ilə üz-üzə qoyub. Buna görə də onlar qorunurlar. Onların qorunduğu institutlarda insanları saatlarla pandalarla oynamaq və qucaqlamaq üçün işə götürə bilərlər. Beləliklə, pandalar özlərini təhlükəsiz hiss edirlər. 

Nəhəng pandalar qışlayırmı?

Qışda bədən hərarəti bir neçə dərəcə aşağı düşsə də, nəhəng pandalar qış yuxusuna getmirlər.


Mənbə:bilimgenc


Tərcümə etdi:Fatimə Şükürova

Paylaş
Şərh əlavə et