Bu gün:

"Zəlzələyə dözümlü olanlar da var... "



24media.az-ın "1 sual, 1 cavab" rubrikasının növbəti qonağı əmlak məsələləri üzrə ekspert, “Uniprice” Qiymətləndirmə Şirkətinin direktoru Ramil Qasımzadədir. O, Azərbaycanda tikililərin keyfiyyəti və bu keyfiyyətin səbəblərindən danışıb. 

-Azərbaycanda evlərin tikintisini, keyfiyyətini necə qiymətləndirirsiniz?

Azərbaycanda evlərin tikintisinin keyfiyyətinin qiymətləndirilməsi çox geniş bir mövzudur. Çoxmənzilli binaları götürsək, bu gün həmin binaların tikintisinə Fövqəladə Hallar Nazirliyi tərəfindən betonlama başlayandan sona qədər nəzarət həyata keçirilir. Betonun keyfiyyəti, dayanıqlılığı yoxlanılır. Bu proses başa çatdığında dövlət qeydiyyatına alınan zamanda yoxlamalar başa çatır və müvafiq rəylər verilir. Yəni demək olar ki, Azərbaycanda çoxmənzilli binaların tikintisi keyfiyyətli həyata keçirilir. 

Lakin fərdi yaşayış evləri üçün bunu demək olmaz, çünki onlara nəzarət yoxdur, tikinti işləri fərdi adamlar tərəfindən reallaşdırılır. Müvafiq layihə ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət edilsə də tikilinin keyfiyyəti ilə bağlı hər hansı yoxlanılma aparılmır. Bu evlər arasında keyfiyyətli tikilənlər, zəlzələyə dözümlü olanlar da var, tikinti tez başa çatsın deyə keyfiyyətsiz tikilənlər də. 

Aydan Qasımova

Paylaş
Şərh əlavə et