Bu gün:

Küləkli havalarda hansı tədbirlər görülməlidir?


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı mühafizə qaydaları üzrə təlimçi Elmar Nurəliyevdir.


-Bəzi ucqar rayonlarda küləkli havalarda elektrik dirəkləri və.s aşır. Bu qəzalar olmasın deyə nə etmək lazımdır, hansı tədbirlər görülməlidir?

-Ümumiyyətlə, hər regionun yerləşdiyi ərazinin spesifikasına uyğun olaraq, ətrafdakı bütün infrastrukturun istər yolları olsun, istər yol kənarındakı obyektləri, müvəqqəti tikililər, işıqlı dirəklər, istərsə də reklam dirəklər, yüngül konstruksiyalar olsun – bunların hər birinin möhkəm və dayanıqlığını, yəni təhlükə risklərini minimuma endirməklə hər hansısa bir dağılma, aşma, uçma təhlükəsi varsa, öncədən nəzərə alınmaqla müvafiq qabaqlayıcı tədbirlər görülməlidir. Bu təbii ki, bütün  sahələri əhatə edir.  İstər regionlarda, ucqar dağ kəndlərində, istərsə də Bakıətrafı ərazilərdə olsun, hansı təhlükə riskləri ola bilərsə, yəni dağılma və ya uçma ehtimalları, hansısa bir hava təzyiqindən, hava şəraitindən– bütün bu təhlükələr öncədən həmin tikililər; yüngül konstruksiyaları, işıq dirəkləri və digər dağılma təhlükəsi olan qurğular hansı qrup tərəfindən istismar olunursa, hansı qrumun balansındadırsa, əlbəttə, həmin qrum tərəfindən mütəmadi olaraq baxış keçirilməsi, yararsız vəziyyətdədirsə, əsaslı və ya dövri təmir işlərinin görülməsi üçün mütləq tədbirlər görülməlidir ki, uçma, dağılma təhlükəsi olmasın.  Olarsa da, minimal zərər ilə oradan qurtulmaq mümkün olsun. Nəzərə almaq lazımdır ki, bu cür qurğular aşarsa və ya uçma, dağılma təhlükəsi olarsa, insanların üzərinə düşə bilər, onların xəsarət almasına səbəb ola bilər, hətta daha ağır nəticələrə gətirib çıxara bilər. Ona görə mütləq bütün ərazinin yerləşdiyi yerdə bütün infrastrukturlar, yəni hansı qurumların balansındadırsa, ya özəl, ya dövlət, ya da digər şəxslərə verilmiş ərazilərdəki qurğular, işıq dirəkləri təhlükəli vəziyyətdədirsə, mütləq öncədən bunun qarşısının alınması üçün profilaktik tədbirlər həyata keçirilməlidir.


Hüseyn İlyasov

Paylaş
Şərh əlavə et