
Nanə həm tükətdiyimiz, həm də yeməkdə istifadə etdiyimiz bitkilərdən biridir. Təravətləndirici xüsusiyyətlərinə görə hətta bir çox məhsullarda olur. Nanə saqqızları, konfetlər, diş pastaları, təraş üçün köpüklər və kremlər ən yaxşı nümunədir. Bəs, heç düşünmüsünüzmü, nanədən ağzımızda və ya dərimizdə yayılan təravət hissi necə yaranır?
Nanənin ağızda və dəridə təravətləndirici hissi yaratmasının səbəbi tərkibindəki mentoldur. Mentol nanə ailəsinin yağlarında olan bir spirt növüdür. Dilimiz və ya dərimizlə təmasda olarsa, oradakı istilik reseptorları ilə qarşılıqlı əlaqədə olur və buxarlanır, təravət hissi yaradır. Kimya dilində bu hadisəyə endotermik reaksiya, yəni reaksiyanın baş verməsi üçün xaricdən istiliyin çıxarılması prosesi deyilir. Nanənin verdiyi təravət eynilə odekolonun dərimizdən buxarlanaraq verdiyi təravət kimidir.
Saqqız və konfet istehsalçıları son illərdə inkişaf etdirdikləri süni mentollu ləzzət sayəsində daha uzun və daha təsirli təravət təklif edirlər.
Mənbə: bilgiler.gen.tr
Tərcümə: Günay Ələsgərova
