Bu gün:

Milçəkləri tutmaq niyə bu qədər çətindir?


Milçəklər saatda 8 km-dən daha yavaş uçurlar. Onları əlimizlə qovsaq da inadla yanımıza gəlmələrinin səbəbi bədənimizin onlar üçün açıq bufet kimi olmasıdır.  Bədənimizin gün ərzində ifraz etdiyi kimyəvi maddələr onları cəlb edir.

Xüsusilə yay aylarında zəhlətökən milçəkləri nə iləsə vuraraq öldürməyə çalışsaq, onlar birtəhər qaçmağı bacarırlar. Uğurlarını dizaynlarına borcludurlar.

Milçəklər bizdən dörd dəfə daha sürətli görür və hərəkət edə bilirlər. Başqa sözlə, milçəklər yavaş hərəkətlə həyat sürürlər. Milçəyin 1 saniyəsi bizə 4 saniyə kimi görünür.
İşığa həssas olan iki fərqli hüceyrə növü var.  Biz milçəklərin gözündə tapılana mikrovillar fotoreseptor deyirik.  Gözümüzdə olanlara çubuq və konus hüceyrələr deyilir.  Milçəklərdə mikrovillar quruluşu çox daha həssasdır və daha sürətli reaksiya verir.  Milçəyi tutmağa çalışdığımız zaman o, super sürətli görmə qabiliyyəti sayəsində qaçır. Bu sayədə minlərlə reseptordan ibarət olan gözləri işığı çox daha asan tuta bilir.

Mənbə: webtekno.com
Tərcümə: Günay Ələsgərova

Paylaş
Şərh əlavə et