Bu gün:

Heyvanların dili varmı?


Heyvanlar milyonlarla ildir ki, bir-biri ilə ünsiyyət qurur, məlumat ötürmək və davranışlarını əlaqələndirmək üçün müxtəlif ünsiyyət formalarından istifadə edirlər.  Bununla belə, heyvanların bizim anladığımız dilə sahib olub-olmaması, onilliklərdir ki, elm adamları arasında mübahisə mövzusudur. Digər tərəfdən, süni intellekt sahəsindəki inkişaflar bir çox sahədə böyük imkanlar yaratmaqla yanaşı, heyvanların ünsiyyətini öyrənmək üçün yeni üsullar yaratmışdır və yaratmağa davam edəcəkdir. 

Tədqiqatçılar süni intellektdən heyvanların necə ünsiyyət qurduqlarını və səslənmə nümunələrini və heyvan ünsiyyətinin digər formalarını təhlil edərək nəyi çatdırmağa çalışdıqlarını öyrənmək üçün istifadə edirlər. Heyvanlar aləmində mövcud olan zəngin rabitə sistemlərinin müxtəlifliyini daha yaxşı başa düşmək, süni intellektin köməyi ilə birləşərək, heyvanların davranışı anlayışımızda inqilab etmək potensialına malikdir. 

2023-cü ildən etibarən süni intellekt sahəsindəki inkişaflar cəmiyyəti iki yerə böldü. Bir tərəfdən sürətlə inkişaf edən süni intellekt texnologiyasının gətirdiyi imkanları dəstəkləyənlər, digər tərəfdən isə buna narahatlıq və ehtiyatla yanaşanlar var. Digər tərəfdən, süni intellekt günü-gündən həyatımıza daha çox inteqrasiya edir, işimizi asanlaşdırır və həyatımızın getdikcə əvəzolunmaz hissəsinə çevrilir. 

İnsanların süni intellektdən qorxması başa düşüləndir, lakin gələcəkdə süni intellektin pis tərəfləri ilə mübarizə aparmağa məhz süni intellektin özü kömək edəcək. Süni intellektlə bağlı narahatlıqları bir kənara qoyub onun müsbət tərəflərinə diqqət yetirdiyimiz zaman bu texnologiyanın genetikadan astronomiyaya qədər bir çox sahədə bizə yol göstərdiyini və təbiəti anlamağımıza kömək etdiyini görə bilərik. Süni intellekt kainatımızı və dünyamızı daha yaxşı anlamağa imkan verməklə bəşəriyyətin tərəqqisinə böyük töhfə verə bilər. 

Gələcəkdə süni intellektlə harmoniyada yaşamağı öyrənmək qaçılmaz olacaq və harmoniyada yaşayanlara fərqli üstünlüklər verəcək. Bu prosesdə heyvanların ünsiyyətinin təhlili kimi maraqlı bir mövzudan sonra da bizi süni intellektin dəstəklədiyi yeni kəşflərin və inkişafların əsasını qoyacağı bir gələcək gözləyir.

Mənbə: Evrim Ağacı

Tərcümə etdi: Tahirə Bağırzadə

Paylaş
Şərh əlavə et