
Filmlərdə və ədəbiyyatda okeanın ortasında olan personajların ətrafda bu qədər su olduğunu halda niyə susuzluqdan öldüyünü çoxusu başa düşmür. Təəssüf ki, bunun səbəbi budur ki, insan duzlu su içə bilməz. Şübhəsiz ki, bir qurtum duzlu su içməklə ilk başda özünüzü bir az daha yaxşı hiss edəcəksiniz, lakin bu, yalnız saniyəlik effektdir. Dəniz suyunu qətiyyən içməməlisiniz, çünki susuzluğa səbəb olur. Duz həyati və bədənin funksiyaları saxlamaq üçün çox vacibdir, lakin duzun yüksək konsentrasiyası təhlükəlidə ola bilər, buna görə də bədənimiz artıq duzu su ilə həll edir.
Su bədəndən, ilk növbədə, sidiklə xaric edilir. İçdiyimiz bütün maye (soda, qəhvə, çay və hətta şorba da daxil olmaqla) böyrəklər tərəfindən süzülür. Bir litr dəniz suyunda təxminən 35 qram duz var. Yetkin bir insanın gündəlik duz ehtiyacı 6 qramdır. Buna görə də əgər duzlu su içsəniz, vücudunuz bu elementi dəhşətli dərəcədə artıqlaması ilə qəbul edəcək,yəni duzun təcili olaraq həll edilməsi və çıxarılması lazımdır. Belə bir miqdardan xilas olmaq üçün bədən yalnız bir litr su içdiyinizə baxmayaraq, təxminən 1,5 litr sidik çıxarmalıdır. Bu vəziyyətdə bədən hüceyrələrdən su ehtiyatlarını buraxmağa başlayır. Bu, susuzluq, böyrək çatışmazlığına və ölümə səbəb olur.
Mənbə:techinsinder.ru
Tərcümə etdi: Səmayə Qədirova
