Bu gün:

Başgicəllənməsi ciddi xəstəliklərin göstəricisi ola bilər


Ən çox rast gəlinən xəstəliklərdən biri olan başgicəllənmə gündəlik həyatı kabusa çevirə bilər. Xüsusilə, daim təkrarlanırsa, ehtiyat tədbirləri görülməlidir. Bu müvəqqəti narahatlıq kimi görünsə də, ciddi xəstəliklərin əlaməti ola bilər. Bəs başgicəllənməyə nə yaxşı gəlir? Başgicəllənməni aradan qaldıran qidalar...

Son zamanlar tez-tez rast gəlinən başgicəllənmə müxtəlif səbəblərdən yarana bilər. Daha çox sadə fırlanma kimi baş versə də, bəzən bir çox xəstəliyin xəbərçisi ola bilər. Vertigo olaraq da təyin oluna bilən bu vəziyyət sürətli hərəkət, çox tez dönmə, yerimə, nəqliyyat vasitəsi və dəniz tutması səbəbiylə meydana gələ bilər və ya hərəkətdən asılı olmayaraq, baş verə bilər.

Başgicəllənməsi nəyə səbəb olur?

Başgicəllənməsi bəzi xəstəliklərin xəbərçisi ola bilər və tez-tez ortaya çıxmağa başlayanda həkimə müraciət edilməsi lazım olan ciddi bir vəziyyətdir. Bir çox insan başgicəllənmə zamanı dərmana müraciət etsə də, tükədilən qidalarla başgicəllənməni dayandırmaq mümkündür.

Başgicəllənmənin səbəblərinə aşağıdakılar daxildir:

Uzun müddət ac qalmaq.

Qan təzyiqinin düşməsi.

Hamiləlik.

Günəş vurması.

Aşağı qan şəkəri.

Birdən ayağa qalxmaq.

Migren.

Psixoloji travmalar.

Stress pozğunluğu.

Həddindən artıq yorğunluq.

Nevroloji pozğunluqlar.

Göz xəstəlikləri.

Vertigo.

Qulaq infeksiyaları.

Siqaret, alkoqol və narkotik istifadəsi.

Nəqliyyat tutması.

Yuxusuzluq.

Bununla belə, başgicəllənməyə yaxşı təsir edən bitki mənşəli həllər var. Başgicəllənməni müalicə edəcək bitkilər...

Bal

Aşağı qan şəkəri başgicəllənmənin səbəblərindən biridir. Uzun müddətli orucdan sonra qan şəkəri düşür. Aşağı qan şəkəri və ya uzun müddət ac qalmaq da başgicəllənməyə səbəb ola bilər. Bal istifadə etməklə bu problemdən qaça bilərsiniz. Bal istifadə edərkən onu təkcə deyil, bir stəkan suya bir qaşıq əlavə etməklə tükətmək məsləhət görülür. Üzərinə bir neçə damcı alma sirkəsi əlavə etməklə başgicəllənmə problemindən xilas ola bilərsiniz.

Balqabaq toxumu

Başgicəllənmə və təzyiq xəstələri üçün də tövsiyə olunan əla qida mənbəyidir. Toxunulmazlığı gücləndirən balqabaq tumları başgicəllənmə ilə tanınır. Bu problemlə qarşılaşdığınız zaman 4-5 balqabaq tumunu istifadə edə bilərsiniz.

Nanə

Təravətləndirici xüsusiyyəti ilə nəfəsin açılmasında çox təsirli olan nanə, insanın nəfəsini açır və oksigen qəbulunu artıraraq başgicəllənməni anında dayandırmağa kömək edir. Tərkibindəki vitaminlər sayəsində başgicəllənmə problemini tez keçən nanə immuniteti gücləndirir. Nanə çayı içmək bədəninizi sakitləşdirir və başgicəllənməni dayandırır.

Limon

Limonun tərkibindəki vitaminlər sayəsində çox faydalı qida qaynağıdır və başgicəllənmədə də çox təsirlidir. Xüsusilə, aşağı təzyiqdən yaranan başgicəllənmə hallarında ilk növbədə, limondan istifadə etmək məsləhət görülür. Bir stəkan suya yarım limon sıxıb 2 çay qaşığı şəkər tozu əlavə edib, qarışdırıb için. Başgicəllənmənin qısa müddətdə keçəcəyini görəcəksiniz.


Mənbə: Habertürk

Tərcümə etdi: Aytən Babaşova 


Paylaş
Şərh əlavə et