Bu gün:

Nə üçün nanə təravət hissi verir?


Nanə həm adi halda, həm də yeməkdə istifadə etdiyimiz bitkilərdən biridir. Hətta təravətləndirici xüsusiyyətinə görə bir çox məhsulda da olur.  Nanəli saqqızlar, konfetlər, diş pastaları, təraş üçün köpüklər və kremlər buna  ən yaxşı nümunədir.  Bəs, heç düşünmüsünüzmü, nanənin ağzımıza və ya dərimizə yaydığı təravət hissi necə yaranır?

Nanənin ağızda və dəridə təravətləndirici hissi yaratmasının səbəbi tərkibindəki mentoldur. Mentol nanə ailəsinin yağlarında olan bir növ spirtdir.  Dilimiz və ya dərimizlə təmasda olarsa, oradakı istilik reseptorları ilə qarşılıqlı əlaqədə olur və buxarlanır, təravət hissi yaradır. Kimya dilində bu hadisəyə endotermik reaksiya, yəni reaksiyanın baş verməsi üçün xaricdən istiliyin çıxarılması prosesi deyilir.  Nanənin verdiyi təravət odekolonun dərimizdən buxarlanarkən verdiyi təravətə bənzəyir. Saqqız və konfet istehsalçıları son illərdə inkişaf etdirdikləri süni mentol ləzzəti sayəsində daha uzun və təsirli təravət verirlər.

Mənbə: Bilgiler.gen
Tərcümə etdi: Zəhra Niftiyeva

Paylaş
Şərh əlavə et