
1936-cı ildə Amerikada mağazalar şəbəkəsinin sahibi müştərilərin səbətləri dolu və ağır olduğundan daha az alış-veriş etdiklərini görür. Bunun üzərinə mağazalar şəbəkəsinin sahibi Silvan Qoldman market abalarını dizayn edir. Lakin bu arabalara gözlənilən təlabat olmur.
Silvan Qoldman 1936-1937-ci illər arasında Oklahoma City-də Humpty Dumpty supermarketlərinin sahibi olub, o, market arabası ideyasını təqdim edib. Həmin vaxt Qoldman müştərilərin məftil və hörmədən hazırlanmış alış-veriş səbətlərindən istifadə etməkdə çətinlik çəkdiklərini və buna görə də daha az alış-veriş etdiklərini görüb
İlk market arabası necə ixtira edilib?Qoldman qatlanan kreslosu sayəsində market arabaları gəlib. Qoldman həmkarı Fred Young ilə birlikdə altındakı təkərləri olan metal çərçivənin üzərinə qoyulmuş iki məftil səbətdən ibarət ilk market arabasını dizayn edib. Market arabasını əvvəl heç kim bəyənmir. Qoldman bu qatlanan market arabaları üçün Qatlanan Daşıyıcı Səbət şirkətini qurur. Hətta kütləvi istehsal olunan arabaları istehsal edən digər şirkətlərə qarşı təklif haqqı davası qaldırılır. Lakin bu fikir ilkin arzu edilən effekti vermir.
Kişilər bu məhsulu qadına xas hesab edirdilər. Qadınlar isə market arabasını uşaq arabası ilə müqayisə edirdilər. Deyilənlərə görə bir müştəri Qoldmana "Mən kifayət qədər uşaq arabası itələyirəm, indi bunu itələyəcəm?"- deyib. Lakin Qoldman təslim olmayıb. O həm müxtəlif cinsiyyətlərdəki, həm də fərqli yaşlardakı modelləri işə götürərək onlara marketdə araba sürməyi tapşıraraq problemi həll etdi.
Beləliklə, 1940-cı ilə qədər market arabaları o qədər populyarlaşdı ki, məhsulu sifariş edənlər yeddi illik növbə siyahısına salındılar. Qoldman isə hər satılan ərzaq arabası ilə sərvətini artırdı və multimilyonçu oldu.
Bir neçə il sonra Qoldman bu gün istifadə edilən market arabası modelini dizayn etdi. Yetmiş il keçməsinə baxmayaraq, bir səbətdə bir çox məhsullar almağa imkan verən market arabaları hələ də istifadə olunur, çünki bundan yaxşısı yoxdur.
Mənbə: Okhistory.org
Tərcümə etdi: Zəhra Niftiyeva
