
Bu yaxınlarda internetdə işıqlar söndürüldükdən sonra qaranlıqda qalan arıların anında havadan yerə düşməsini əks etdirən videolar görünməyə başladı. Bundan əlavə, arılar qəşəng yerə düşmürlər, işıqlar sönən kimi birdən dayanıb nəzarətsiz yerə yıxılırlar.
Ən son video İngiltərədəki Kembric Universitetində tozlanma, çiçəklər və qida təhlükəsizliyi üzrə təhsil alan PhD tələbəsi Hamish Symington tərəfindən paylaşılıb və bir qrup arının əvvəlki videolarda görülən eyni davranışı nümayiş etdirməsi göstərilir.Bu davranışın arxasında heç bir elm yoxdur. və bunun arılara nə faydası var.İnsanlar tam əmin deyillər. Bir neçə fikir irəli sürülüb, lakin bu sahədə çox az araşdırma var və bunun baş verdiyi bir neçə nümunə var.
Reddit-də şərhçinin fikrincə, bu, qəfil hava dəyişikliyi zamanı pətək sürüsünün öz mövqeyini dərhal kilidləməsinə imkan verən "hover kilidləmə mexanizmi" ola bilər. Pis hava keçdikdən sonra onlar fırtınalı şəraitdə naməlum bir yerə uçmaq riski olmadan öz pətəklərinə qayıda bilərlər. Bu, arıların pətəyə qayıtmaq üçün Günəşin mövqeyindən necə istifadə etmələri ilə də əlaqələndirilə bilər, beləliklə, Günəş üfüqün altına düşəndə dərhal hərəkətini dayandıra bilər.
Başqa bir nəzəriyyəyə görə, bunun yırtıcı reaksiyası olduğunu, böyük bir yırtıcının kölgəsinin onların üzərinə düşməsi arıların uçmağı dayandırmasına və aşkarlanma şanslarının daha az olduğu yerə düşməsinə səbəb olur.
İstənilən halda bu hadisənin kifayət qədər təsirli olduğunu söyləmək olar. Bu, PhD tələbəsinin əvvəlki tvitində dediyi maraqlı bir detala da işarə edir: “Bildiyim ən gülməli səslərdən biri: Arı otağında işıqları söndürdüyüm zaman göydən düşən yüz arının səsi”.
Onu da qeyd etmək lazımdır ki, onlar əsasən tropik növlər olsalar da, bəzi arılar, ehtimal ki, digər tozlayıcılarla rəqabətin az olması səbəbindən gecə uçmağa uyğunlaşıblar.
Mənbə:chip.com.tr
Tərcümə: Günay Ələsgərova
