Bu gün:

Dünyanın yaşamaq üçün 10 ən gözəl ölkəsi


1.Kanada 

Kanada adambaşına düşən elektrik enerjisi istehlakı, gəliri və yaşayış sahəsinin ən yüksək olduğu ölkələrdən biridir. Füsunkar təbiət gözəlliyinə malik olan ölkə düşərgə, xizək sürmə, balıqçılıq, alpinizm, kanoe və dağ velosipedi kimi təbiət idmanları üçün mükəmməl coğrafiyaya malikdir. Kanadanın Kvebek, Kalqari, Ottava, Vankuver və Toronto kimi bir çox şəhərləri dünyanın ən bahalı 100 şəhəri sırasındadır. Lakin adambaşına düşən illik gəlir normal standartlardan xeyli yüksəkdir.

2.İsveçrə

Təbii və iqtisadi zənginlikləri ilə Avropanın ən keyfiyyətli həyat imkanlarından birini təqdim edən İsveçrə dünyanın bank nəhəngi hesab edilir. Bunun əsas səbəbi Avropa İttifaqı (Aİ) və Avro Zonasına üzv olmayan ölkələrdə bank əməliyyatlarının həm asan, həm də yüksək məxfilik şəraitində həyata keçirilə bilməsidir.

3.ABŞ 

Fərqli mədəniyyətlərə və hər zövqə xitab edə biləcək fərqli əyləncə yanaşmalarına malik ABŞ səyahət üçün mükəmməl yerlərdən biridir. Nyu Yorkdakı Tayms Meydanı, Las-Veqas, Niaqara şəlaləsi, Disneylend, Böyük Kanyon Milli Parkı, Havaydakı Vaikiki çimərliyi, Vaşinqtondakı monumental parklar və Empire State Building ABŞ-də görülə bilən yerlərdən yalnız bir neçəsidir. Dünyanın ən rahat ölkəsi sayılan ABŞ-nin rahatlığının şişirdildiyini deyənlər də var.

4.Avstraliya 

Ən aktiv və sağlam həyat tərzinə malik ölkə sayılan Avstraliyada insanların ən böyük fəaliyyət sahələri balıqçılıq, yatçılıq və su idmanlarıdır. Ölkədə insanlar həftə sonlarını çimərlikdə keçirməyə öyrəşiblər. Buranın immiqrant əhalisi Avstraliya mədəniyyətinə rəng qatır. Avstraliya xalqı ümumiyyətlə dost təbiəti ilə tanınır. Ölkədə əsas problem mənzil qiymətlərinin yüksək olması göstərilir. 

5.Lüksemburq 

Avropanın ortasında yerləşən Lüksemburqda bir çox dil eyni vaxtda danışılır. Çox rəngarəng mədəniyyətə malik ölkədə Michelin ulduzlu restorana hər küncdə rast gəlmək olar. Cəmi 2 min 586 kvadrat kilometr əraziyə malik dünyanın yeganə müstəqil Böyük Hersoqluğu olan Lüksemburq 420 min nəfər əhalisi ilə çox da canlı həyat tərzinə malik deyil. 

6.Yeni Zelandiya

Sakit okeanda yerləşən ada ölkəsi Yeni Zelandiya dünyanın ən gözəl mənzərələrindən birinə malikdir. Əhalisi 4,5 milyona yaxınlaşan ölkədə adambaşına düşən gəlir 27 min dollar civarındadır. Yoxsulluğun çox aşağı, cinayətlərin isə demək olar ki, sıfır olduğu ölkədə tam əmin-amanlıq mühiti hökm sürür. Yeni Zelandiyanın yaxşı, lakin dünya üçün pis tərəfi odur ki, qanunlarına görə bu ölkəyə köçmək demək olar ki, mümkün deyil.

7.İtaliya

Hər bir tərəfinin tarix olduğu paytaxt Roma, moda mərkəzi Milan, tarixi şəhər Peruca və istirahət mərkəzi Kalabriya: İtaliya turistik, tarixi və mədəni müxtəlifliyi ilə hər zaman seçilən ölkədir. Avropanın ən yaxşı zeytun yağları və şərabları bu ölkədə istehsal olunur. Yeməkləri, tarixi və təbii gözəllikləri ilə yanaşı, Avropanın dördüncü böyük iqtisadiyyatına sahib olan İtaliya xalqı da həyatlarından razıdır.

8.Almaniya

Almaniya başdan-başa sənət ölkəsidir. Ölkə üzrə ümumilikdə 300 teatr və 130 orkestr fəaliyyət göstərir. Almaniyadakı 500 sənət muzeyində bütün sahələrdən minlərlə əsər var. Hər il 100 min yeni kitabın nəşr olunduğu Almaniyada gündəlik qəzetlərin sayı 350-dən çoxdur. Avropanın ən inkişaf etmiş sənayelərindən biri olan Almaniya dünyada ən səmərəli sosial sistemlərdən birinə malikdir. 

9.Belçika

Keyfiyyətli şokoladlar, pivələr və məşhur fransız kartofları Belçikanın yeganə müsbət cəhətləri deyil. Avropanın ən yaşıl paytaxtı, NATO və Aİ-nin mərkəzi olan Brüssel cəmi 150 min nəfər əhalisi ilə dünyanın yaşamaq üçün ən rahat şəhərlərindən biridir. Bununla belə, Brüssel küçələrini dolduran küsmüş siyasətçilərə görə Belçikada dost insanların həsrətində ola bilərsiniz. 

10.Fransa

Fransanı ən öndə gedən xüsusiyyətlərindən biri yaxşı işləyən səhiyyə sistemi və dadlı yeməkləridir. Fransada tətbiq edilən sosial sığorta sistemi ölkə əhalisinin 80 faizini əhatə edir. Hökumət həmçinin özünüməşğulluq və kənd təsərrüfatı işçilərinə əlavə maliyyə ayırır. Dünyanın ən yaxşı şərabını istehsal edən ölkə sayılan Fransada 400 növ pendir də istehsal olunur. Fransanın mənfi cəhətləri sərt bürokratiya və yüksək vergilərdir. 

Mənbə: Hürriyet

Tərcümə etdi: Nəzri Süleymanova

Paylaş
Şərh əlavə et