Ən çox üzvü olan film və serial platformalarından biri olan Netflix reytinq rekordları qıran orijinal istehsalları ilə uğurunu sübut edir.
"6 Underground" (2019)
Rayan Reynoldsun baş rolda oynadığı filmdə özünü ölmüş texnologiya milyarderi qəddar diktatoru devirmək üçün cəsarətli və qanlı bir missiya üçün beynəlxalq əməliyyatçılardan ibarət komanda toplayır.
Film nümayiş olunduğu ilk ayda 205,470,000 saat izlənilib.
"Spenser Confidential" (2020)
Uinston Dyuk və Mark Uolberqin baş rollarda oynadığı prodüser, keçmiş polis və məhkum Spenserin iki Boston polisinin ölümü ilə bağlı sui-qəsdi üzə çıxarmaq üçün Hawk adlı bir adamla işləməsindən bəhs edir.
"Spenser Confidential" ilk 28 gündə 197,320,000 saat izlənilib.
"The Irishman" (2019)
Robert De Niro, Al Pacino və Joe Pesci-ni bir araya gətirən Martin Scorsese prodüserində qatil Frank Sheeran Bufalino cinayət ailəsinin sadiq üzvü kimi saxladığı sirləri yenidən nəzərdən keçirir.
Bu mükafata layiq görülmüş film nümayiş olunduğu ilk 28 gündə 214,570,000 saat izlənilib.
"The Unforgivable" (2021)
Netflix-in ilk 10-luğunda birdən çox filmdə rol alan iki aktyordan biri olan Sandra Bullokun rol aldığı film, qətlə görə məhkum edilmiş və onu bağışlamayacaq bir cəmiyyətə buraxılan qadından bəhs edir .
“The Unforgivable” filmi yayımlandığı ilk ayda 214,700,000 saat izlənilib.
"Extraction" (2020)
Baş rolda Chris Hemsworth-un oynadığı istehsal Ciudad adlı komiksdən götürülüb. Narkotik baronunun oğurlanmış oğlunu xilas etmək üçün Banqladeşə bir muzdlu əsgər göndərilməsi haqqında filmin rejissoru, hərəkətləri ilə tanınan Sem Harqreyvdir.
Çıxarıldığı ilk ayda 231,340,000 saat izlənilib.
"The Adam Project" (2022)
Rayan Reynolds, Mark Ruffalo və Cennifer Qarneri izlədiyimiz istehsal, zamanda səyahət edən döyüş pilotu Adam Ridin 2022-ci ildə təsadüfən enişindən bəhs edir.
Film nümayiş olunduğu ilk ayda 233,160,000 saat izlənilib.
"Bird box" (2018)
Elmi fantastika istehsalı olan "Bird Box"ın aktyor heyətinə Sandra Bullock, Trevante Rodos, Con Malkoviç, Sarah Paulson və BD Wong daxildir.
Film yayımlandıqdan sonra ilk 28 gündə 282,020,000 saat izlənilib.
"Don't Look Up" (2021)
Demək olar ki, ulduz qapısı olan Adam McKay filmi bəşəriyyətə planeti öldürən kometin Yerə doğru irəlilədiyini xəbərdar etmək üçün media turuna çıxan iki astronomu izləyir.
“Don't Look Up” yayımlandığı ilk ayda 359,790,000 saat izlənilməklə, indiyə qədər ən çox baxılan iki Netflix filmindən biri oldu .
Red Notice (2021)
Dwayne Johnson, Ryan Reynolds və Gal Gadotun adlarını bir araya gətirən istehsal, dünyanın ən çox axtarılan sənət oğrusunu izləyən FTB agentindən bəhs edir. Red Notice yayımlandığı ilk ayda 364,020,000 saat izlənildi və adını Netflix reytinq siyahısına qızıl hərflərlə yazdı.
Mənbə: Onedio
Tərcümə etdi: Nəzri Süleymanova
