
Şəxsi inkişafa marağın çiçəkləndiyi 1980-ci illərdən başlayaraq pozitiv düşüncənin gücü ilə bağlı yazılmış kitablar müsbət düşüncə vərdişi ilə həyatımızda qarşılaşdığımız maneələri dəf edərək hədəflərimizə çata biləcəyimizi bildirirdi.
Sonrakı illərdə Neyro Linqvistik Proqramlaşdırma hərəkatı ön plana çıxdı. Beləliklə, zehnimizi yenidən proqramlaşdırmaqla uğur və xoşbəxtlik əldə edə bilərik. Düşüncənin gücü ilə özümüzə inamımızı gücləndirə, içimizdəki böyük gücü üzə çıxara, bu güc sayəsində həyatımızda istədiyimiz, arzuladığımız şeylərə nail ola bilərdik.
Yaxşı, bunlar baş verə bildimi? Bu gün həyatımız gəldiyimiz nöqtədə asanlaşıbmı? Problemlərimizin öhdəsindən asanlıqla gələ bilirikmi? Qarşımıza qoyduğumuz məqsədlərə çatmaqla arzularımızı həyata keçirə bilirikmi?
Bu gün mətbuatdan və sosial mediadan izlədiklərimizi, ətrafımızda baş verən hadisələri dəyərləndirdikdə, şəxsi inkişaf trendinin təəssüf ki, gözlənilənləri vermədiyini asanlıqla görə bilərik. Əksinə, üzərimizə artan təzyiqlərin öhdəsindən gəlmək çətinləşib. Bu vəziyyət yeni yol axtarışına səbəb olur. Yeni yol axtarışı asan və tez sağalma vədləri ilə yaradılmış pul tələlərinə düşmə riskini də özü ilə gətirir. Son illərdə şəfa axtarışında olanlara şüuraltı təmizləmə və buna bənzər müxtəlif növ ruhi təmizlənmə üsulları təklif olunur.
İnsan öz gücünün kiçik bir hissəsi ilə bu dünyada təcəssüm olunur. Zəiflikdən gücə keçid, yəni öz gücünə çatmaq tamamilə fərdin öz ixtiyarına verilir. Öz gücü, layiq olduğu müddətcə geri alınır. Bu layiq olma insanın həyatı boyu keçməli olduğu rütbə imtahanlarından keçməklə əldə edilə bilər. İmtahanlar, xüsusilə uşaqlıqda alınan təcrübələrin qeydlərindəki gücsüzlük, qeyri-adekvatlıq, uğursuzluq və çarəsizlik kimi əsas duyğulardan qurtulmağı əhatə edir. Bu təmizlənmə edilmədikcə evdə, işdə, küçədə, hər yerdə və hər hansı mühitdə rast gəlinən müxtəlif hadisələr bu dörd əsas duyğuya səbəb olmağa davam edir.
Digər tərəfdən, zehnimiz öz quruluşu və iş sisteminə görə bizi gücə aparacaq bu təmizlənmədən uzaqlaşdıraraq diqqətimizi yayındırmaq istəyir. Süründürməçilik vasitəsilə diqqətimizi başqa istiqamətlərə, ideallara və istəklərə yönəltməyə çalışır. Bu vəziyyət bizim öz həqiqətimizlə üzləşməyimizi çətinləşdirir. Öz reallığımızla üz-üzə gəlmək bizdən ilk növbədə gücsüzlük, qeyri-adekvatlıq, uğursuzluq və çarəsizlik hissləri ilə qarşılaşmağı və onları qəbul etməyi tələb edir. Qəbula keçid niyyətdən başlayaraq zəhmət və səbir tələb edən bir prosesdir. Gündəlik həyatın mərkəzinə yerləşdirilməlidir. Bu edilmədikcə, həyata töhfə vermək üçün qısa yollar və şəxsi inkişafa nail olmaq üçün asan yollar gözləmək xəyaldan başqa bir şey olmur.
Mənbələr: Alikirman.com, Pinterest
Tərcümə etdi: Aydan Qasımova
