Bu gün:

Evdə nanələri necə qurudaq?


Yeməklərdə və içkilərdə tez-tez istifadə edilən nanə adətən iyul və avqust aylarında çiçək açır. Kəskin qoxusu ilə burun tıxanıqlığını, nəfəs darlığını aradan qaldırmaq kimi faydaları olan bu bitki yağ kimi də istifadə olunur. Müalicə mənbəyi olaraq da bilinən nanəni evdə qurudaraq öz ədviyyatlarınızı hazırlaya bilərsiniz. Evdə nanə qurutma üsulları bunlardır:


Nanəni necə qurutmaq olar?

Bir dəstə nanə götürün və ondan alaq otlarını təmizləyin. Sonra nanə yarpaqlarını bir-bir qoparıb isladın. Nanəni kranın altında yavaşca islatdıqdan sonra süzgəcə qoyun və suyun boşalmasını gözləyin. 15 dəqiqəlik gözləmə müddətindən sonra kağızın üzərinə sərin və nanələri yayın. Nanəni 2 gün Günəş işığı düşməyən yerdə saxlayın. İki gündən sonra nanəni əllərinizlə ovuşdurun və kiçik parçalara bölün. Ədviyyat halına gələn nanəni şüşə qaba qoyun və ağzını bağlı saxlayın. Bununla belə, nanə qabını sobadan və təbii qazdan uzaq bir yerə qoyun. Yemək reseptində istifadə edəcəyiniz nanənin çox tünd və ya ləkəli olmadığından əmin olun. Nanəni suda çox uzun müddət saxlamayın.

Mənbə: Lezzet 

Tərcümə etdi: Nuran Əhmədzadə 


Paylaş
Şərh əlavə et