Soyuducunuzun içindəki rəflər və saxlama bölmələri təkcə estetik məqsədlər üçün deyil. Alış-veriş çantalarınızın içindəkiləri hər bir rəfdə strateji olaraq yerləşdirmək mətbəxinizin təmizliyinə təsir edə bilər və sizi xəstəliklərdən qoruya bilər.
Üst rəfi olduğu kimi yeyilə bilən qidalarla doldurun. Əvvəlcədən hazırlanmış yeməklər, məsələn, axşam yeməyinin qalıqları soyuducunuzun üst rəfinə qoyulmalıdır. Bu, nəinki qidaları soyuducunuzun başqa yerlərində, çiy məhsulların içində gizlənə biləcək bakteriyalardan azad edir, həm də aclıq hissi baş qaldıran zaman onları asanlıqla əldə edə biləcəyiniz yerdə olur. Təsəvvür edin ki, soyuducunun qapısını açan kimi məhsullar, soyulmuş köklər və meyvə qabları hazır olacaq.

Soyuducunuzun qapısına yerləşdirilən bölmələr ən yaxşı şəkildə içkilər və qablaşdırılmış qidalar üçün istifadə olunur. Qapı tez-tez hərəkət etdiyinə və temperatur dəyişikliklərindən təsirləndiyinə görə, soyuducunuzun digər hissələrinə nisbətən bir az daha isinir. Burada temperatura daha az həssas olan hər cür qida və içkiləri xarab olacağından narahat olmadan saxlaya bilərsiniz.
Kağız dəsmalla bükülmüş məhsulları soyuducunuzun altındakı rəflərə doldurun və süd, yumurta məhsullarını orta rəfdə, alt rəfdə olması lazım olan çiy ətlərdən uzaq qoyun. Çiy ət və balığın alt rəfdə saxlanması, xüsusilə yeməkləri tez hazırlamaq istədiyiniz məşğul iş günlərində yeməyin rahat və təhlükəsiz olmasına kömək edə bilər. Yeni təşkilati sistemlərə öyrəşmək bir qədər vaxt aparsa da, soyuducunuz yığılıb nizamlandıqdan sonra özünüzü əsl aşpaz kimi hiss edəcəksiniz və daha tez-tez dadlı yeməklər bişirməkdən ilham alacaqsınız.
Mənbə: Lezzet
Tərcümə etdi: Nuran Əhmədzadə
