Gündəlik həyatımızın hər sahəsində-evdə, məktəbdə və işdə istifadə etdiyimiz kağızlardan təkrar istifadə uzun müddətdir ki, tətbiq olunur. Sənədlərin yığılması, toplanması və təkrar emal edilməsi baxımından ən asan işlənən maddələrdən biridir.
Kağızların çevrilməsinin başqa bir üsulu, əsrlər boyu mövcud olan Papier mache texnikasıdır. Bu texniki kağız müəyyən proseslərdən keçərək istənilən formalarda yepyeni bir obyektə çevrilir və həm tullantı kağızdan istifadə baxımından faydalı, həm də dekorativ olaraq yeni bir obyektə çevrilir. Papier-mache və ya kağız maşe adlanan texnika sənət və sənətkarlıqda tez-tez müxtəlif heykəllər, qablar, kuklalar və daha çox şey hazırlamaq üçün istifadə olunur, tullantı kağızları və materialları müxtəlif materiallarla birləşdirərək istifadə edə biləcəyimiz ekoloji cəhətdən təmiz bir texnikadır.
Papier mache əşyaları Şərqdə qədim zamanlardan Çin və Tibet bölgələrində hazırlanır. 1720 və 1900-cü illər arasında Gürcü və Viktoriya dövründə məşhur olaraq istifadə edilmişdir. Papiermache kiçik qutular, dekorativ tavanlar və çay qabları, İngiltərədə 1700-cü illərin əvvəlləri kimi dekorativ ornamentlərin hazırlanmasında istifadə edilmişdir.
Mənbə: yabyoo
Tərcümə etdi: Nuray Mürsəlova
