
Əl təmizləyicisinə aludəsiniz? Qarderobunuz həmişə eyni qaydadadır? Bəzi qəribəliklər çox vaxt şəxsiyyətiniz ilə əlaqəli ola bilər, lakin bəzi hallarda daha ciddi problemləri göstərə bilər.
Budur ən çox görülən 10 simptom:
Əllərin həddindən artıq yuyulması
Əl yumaq və ya dezinfeksiyaedici vasitələrdən istifadə etmək obsessiv-kompulsiv xəstələrdə çox yayılan vəziyyətdir. Bu istək adətən mikrob qorxusundan qaynaqlanır, lakin o, həm də murdar və ya əxlaqsız olmaq qorxusundan qaynaqlana bilər.
Təmizlik həvəsinin artması
Əllərin yuyulması kimi, evi təmizləmək də germofobiya və ya murdarlıq qorxusunu sakitləşdirməyin bir yoludur. Təmizləmə bu obsessiv düşüncələri qovmağa kömək etsə də, rahatlama uzun sürmür və növbəti təmizləmə istəyi adətən daha güclü olur.
Bir hadisə və ya əşyanı dəfələrlə yoxlamaq
Evin qapısının 3-4 dəfə və ya hətta 20 dəfə bağlı olub-olmadığını yoxlasanız, bu, böyük ehtimalla obsessiv-kompulsiv pozğunluğundan əziyyət çəkdiyinizi göstərir. Ən çox görülən simptomlardan biri olan nəzarət vəsvəsəsi pozğunluğu insanların təxminən 30 faizinə təsir edir. Digər kompulsiv davranışlar kimi, məsuliyyətsizlik və ya dərin hislərin incinməsi kimi müxtəlif qorxular səbəb ola bilər.
Ətrafda gördüyü və ya düşündüyü hər şeyi saymaq
Bəzi obsessiv-kompulsiv xəstələr gündəlik işləri saymağı dayandıra bilmirlər, məsələn, neçə pilləkən qalxdıqları da bura aiddir. Bu davranışların kökündə xurafatlar dayana bilər. Məsələn, 7 rəqəminin şanslı bir rəqəm olduğuna inanmaq, bir anda yeddi addım atmamağın özünə və ya başqasına zərər verəcəyini düşünməyə səbəb ola bilər.
Mükəmməl iş görmək istəyi
Üzərlərinə götürdükləri işi mükəmməllik səviyyəsinə çatdırmaq istəyirlər. Yaxşı hiss etməli, yaxşı görünməli, simmetrik olmalı, düzgün rəqəmlərə sahib olmalıdır. Bu pozuntu adətən nizam və simmetriya ilə bağlı vəsvəsələrdən qaynaqlanır.
Zorakılıq qorxusu
Hər kəsin zorakılıq və ya başqa bir bədbəxtlikdən təsirlənmə ehtimalı haqqında düşüncələri var. Üstəlik, araşdırmalar göstərir ki, bu fikirləri ağlınızdan nə qədər sıxışdırmağa çalışsanız, bir o qədər tez-tez ortaya çıxır. Obsessiv-kompulsiv xəstələr üçün vəziyyət daha ağırdır. Onlar bu hissləri boğmaq üçün daha çox səy göstərməlidirlər, əks halda vəziyyəti qəbuledilməz hesab etdikləri üçün daha dəhşətli reaksiya verə bilərlər.
Arzuolunmaz cinsi düşüncələr
Belə xəstələrdə uyğun olmayan və ya tabu sayılan cinsi davranış haqqında arzuolunmaz fikirlər çox yayılıb.
Obsessiv əlaqələr
Bu xəstəlikdən əziyyət çəkən insanlar dostları, iş yoldaşları, ailə üzvləri və sevgililəri ilə obsessiv münasibətlər yaşayırlar. Məsələn, iş yerində münasibətlərini peşəkar səviyyədə saxlamağı bilmədikləri üçün bir çox problemlər yaşaya bilər və ya kiçik bir anlaşılmazlıq romantik münasibətlərini poza bilər. Onlar hər şeyi şişirdərək yaşamağa sövq edən zehniyyətə sahibdir.
Daim arxayınlıq axtarırlar
Narahatlığı aradan qaldırmağın bir yolu dostlarınızdan və ailənizdən fikirlərini soruşmaqdır. Narahatlıqlarından qurtulmaq üçün yaxın gördükləri insanları incitməkdən çəkinmirlər. Onlar daim əminlik tələb edirlər.
Görünüşlərinə nifrət edirlər
Onlar anormal və ya çirkin olduqlarını düşünürlər. Tez-tez burunları, dəriləri və ya saçları kimi bədənlərinin bir hissəsinə diqqət yetirirlər.
Mənbə: Habertürk
Tərcümə etdi: Samirə İsmayılova
