Bu gün:

Lavanda çayının hazırlanması və lavandanın xüsusiyyətləri


Lavanda çayı içmək uzun və çətin bir günün ardından sizi rahatlada bilər. Lavanda rahatlaşdırıcı xüsusiyyətlərinə görə aromaterapiyada istifadə edilən ən çox yayılmış çiçəklərdən və efir yağlarından biridir. Çox vaxt zehni sakitləşdirici təsiri ilə təriflənir, xüsusən də yuxuya kömək edən vasitə kimi istifadə olunur. Bəzi araşdırmalar, narahat yatmış insanların çox ehtiyacı olan yuxunu almasına kömək etməkdə faydalı olduğunu tapdı. Aşpazlar tez-tez lavanda balı və ya yarpaqlarından salatları bəzəmək üçün istifadə edirlər. Lavanda bitkisini içməyin ən çox yayılmış yolu qönçələrindən çay dəmləməkdir. Lavanda qönçələrini dəmləmək yağların və ətirlərin sərbəst buraxılmasına kömək edir. Bəzi kiçik tədqiqatlar var ki, onun qoxusunu ciyərlərinizə çəkmək daha yaxşı yatmağınıza səbəb olur.

Öz lavanda çayınızı hazırlamaq olduqca sadədir:


250 ml su qaynadın.

4 çay qaşığı təzə lavanda qönçələrini çaya əlavə edin.

10 dəqiqə dəmləmək üçün saxlayın. 

Rahat bir yuxu üçün bağçanızda bir az lavanda yetişdirməyə və yatmazdan əvvəl özünüzə bir fincan lavanda çayı dəmləməyə çalışın. Əlinizdə təzə lavanda qönçələri yoxdursa, qurudulmuş lavanda qönçələrindən də istifadə edə bilərsiniz. 

Qeyd: Heç vaxt efir lavanda yağı ilə lavanda çayı hazırlamağa çalışmayın. Bu son dərəcə təhlükəli ola bilər.

Lavanda çoxlu xüsusiyyətlərə malikdir


Lavanda ilə əlaqəli müsbət xüsusiyyətlərə narahatlıq, depressiya və yuxusuzluğu aradan qaldırmaq da daxil olmaqla psixi sağlamlığın yaxşılaşdırılması daxildir. Lavandanın xərçəng yaralarını, saç tökülməsi vəziyyətində alopesiyanı müalicə edə biləcəyinə və qan dövranı pozğunluqlarını müalicə etmək üçün hamamlarda istifadə edilə biləcəyinə dair bəzi sübutlar var.

Kim lavandadan istifadə etməməlidir? 


Milli Sağlamlıq İnstitutları onun hamilə qadınlarda istifadəsinə qarşı xəbərdarlıq edir, çünki hamiləlik və ya körpəsinə ana südü verən qadınlar üçün onun təhlükəsizliyi haqqında az şey məlumdur. Bir araşdırmaya əsasən lavanda istifadə edən bəzi gənc oğlanlarda jinekomastiya və ya genişlənmiş döş toxumasını inkişaf etdirdiyini göstərdi. Bu uşaqlar lavandadan istifadəni dayandırdıqda bu hala rast gəlinmədi. Əlavə olaraq, həssas dəri və ya allergiyası olan insanlar lavanda istifadə etməzdən əvvəl həkimləri ilə məsləhətləşməlidirlər, çünki lavanda bəzi insanlarda allergik reaksiyaya səbəb ola bilər.

Mənbə: Lezzet 

Tərcümə etdi: Nuran Əhmədzadə 

Paylaş
Şərh əlavə et