Bu gün:

Meyvələri sobada necə quruda bilərik?


Meyvələrin düzgün seçilməsi və kəsilməsi

Yetişmiş və çürük olmayan təzə meyvələri seçin. Bir neçə yaxşı seçimlər alma, banan, armud, şaftalı, çiyələk, albalı və ərikdir. Siz həmçinin portağal, ananas, kivi kimi sitrus meyvələrinin hissələrini quruda və bəyəndiyiniz digər meyvələrlə sınaya bilərsiniz. Yetişmiş, bərabər rəngli meyvələrdən istifadə edin. Tünd, yupyumşaq meyvələrdən istifadə etməyin. 


Meyvələri yuyun, qabığını soyun və toxumları çıxarın. Meyvələri istifadə etməzdən əvvəl həmişə soyuq su ilə yaxşıca yuyun. Sonra, hansı meyvə növü ilə istifadə etdiyinizdən asılı olaraq, xarici qabığını soyun, toxumlarını çıxarın. Şaftalıdan istifadə edirsinizsə, toxumları çıxarmaq üçün onları yarıya bölün. Bananların qabığını soyun,  almanın çəyirdəyini çıxarın. Ən sərt xarici örtükləri çıxarmaq adətən yaxşıdır. Məsələn, gavalı, manqo və əriyin qabığını soyun. Onu saxlamaq qurutma müddətini uzadır.

Meyvələri eyni ölçüdə və qalınlıqda kəsin. Meyvə dilimləriniz istədiyiniz ölçüdə və qalınlıqda olmaya bilər. Mümkün qədər vahid hazırlamaq vacibdir. Qaragilə, albalı və zoğal kimi kiçik meyvələr bütöv qala bilər. Yağlı kağızı ilə örtülmüş bir soba qabına qoyun. Meyvələr quruduqca yapışqan şəkər buraxır, ona görə də meyvənin səthə yapışmasının qarşısını almaq üçün əvvəlcə soba qablarınızı yağlı kağız ilə örtün. Perqament kağızından istifadə təmizləməni daha çox asanlaşdıracaq. 

Meyvələri qaba bir sıra üzrə düzün. Meyvə dilimlərini qaba yayın və aralarında bir az boşluq buraxdığınızdan əmin olun. Nə qədər çox yer buraxsanız, bir o qədər yaxşı hava dövranı yaranacaq, parçalar bir-birinə toxunmamalıdır. Sobanı 60 ° C-yə qədər qızdırın. Əgər sobanız o qədər də aşağı temperatura düşmürsə, onu mümkün olan ən aşağı temperatura qoyun. 93 °C-dən çox olmasın, əks halda meyvənizi qurutmaq əvəzinə bişirəcəksiniz. Sobanın tamamilə isidin. 

Qabı sobaya qoyun. İstənilən soba rəfindən istifadə edə bilərsiniz. Əgər bir neçə list hazırlayırsınızsa, aralarında ən azı 2–7,6 sm boşluq olduğu halda hər iki rəfdən eyni vaxtda istifadə edə bilərsiniz. Pişirmə qabının hər tərəfində ən azı 2,5 sm boşluq olduğundan əmin olun ki, hava düzgün dövr edə bilsin. Hava dövranına imkan vermək üçün sobanın qapısını təxminən 2 düym açıq buraxın. Soba qapısının tamamilə bağlanması hava dövranını kəsəcək, bu da qurutma müddətini uzadar və meyvələrinizin qurumasına deyil, bişməsinə səbəb ola bilər. Bunun qarşısını almaq üçün sobanın qapısını bir neçə düym açıq saxlayın. Hər 30 dəqiqədən bir meyvəni qarışdırın və cəmi 4-8 saat qurumağa buraxın. Hər yarım saatda bir taxta qaşıq və ya spatula istifadə edərək parçaları hərəkət etdirin ki, meyvə bərabər şəkildə qurusun.

Meyvənin nə qədər quruması onun nə qədər şirəli olduğundan və parçalarınızın nə qədər böyük olduğundan asılıdır, ona görə də həddindən artıq qurumanın qarşısını almaq üçün təxminən 3 saat ərzində yoxlamağa başlayın. Meyvələr quruduqda və çeynənildikdə onu sobadan çıxarın. Meyvə yumşaqdırsa, daha uzun müddət qurudulmalıdır. Çətin yeyilirsə, onu çox qurutmusunuz, qurudulmuş meyvələrinizi xırtıldayan xoşunuza gəlirsə, bu o qədər də vacib deyil. Məqsəd şirəsi bitənə qədər qurutmaqdır, lakin sərtləşməmişdən əvvəl çeynənmə keyfiyyətini yoxlayın.

Nə qədər quru olduğunu taxta qaşıqla vuraraq və ya spatula ilə bir neçə parça götürərək yoxlaya bilərsiniz. Onu dişləməzdən əvvəl bir neçə dəqiqə soyudun. Əgər uşaqlarınız və ya ev heyvanlarınız yoxdursa, sobanın qapısını geniş açıq qoymaq şərti ilə sobanı söndürə və nimçələri sobada qoya bilərsiniz.

Meyvələrin soyudulması və saxlanılması


Meyvələri birbaşa Günəş işığından uzaq bir yerdə soyudun. Qurudulmuş meyvələri hava keçirməyən qablara qoyun. Plastik qablar və böyük dondurucu paketlər saxlama üçün əla seçimdir. Hər dəfə hava şəraitinə məruz qalanda meyvənin saxlama müddəti azalır, ona görə də qurudulmuş meyvələri hissələrə ayırıb saxlamaq meyvəni daha uzun müddət təzə saxlayacaq. Qurudulmuş meyvələri otaq temperaturunda 6-12 ay saxlayın.  Qurudulmuş meyvələri otaq temperaturunda bir ilə qədər saxlaya bilərsiniz. Saxlama müddətini daha da uzatmaq istəyirsinizsə, meyvəni soyuducuda və ya dondurucuda saxlayın. Meyvələr soyuducuda 1-2 il, dondurucuda isə qeyri-müəyyən müddətə saxlanılır. 

Mənbə: Lezzet 

Tərcümə etdi: Nuran Əhmədzadə 

Paylaş
Şərh əlavə et