Bir çox reseptlərdə və ya yemək izahatlarında "sobanı əvvəlcədən qızdırın" cümləsini eşitmiş ola bilərsiniz. Məşhur inancın əksinə olaraq, hər yeməyin əvvəlcədən qızdırılması lazım deyil. Bəzi qidalar ilk növbədə çox istiliyə ehtiyac duymur. Kartof, pendir, bişmiş lobya bu kateqoriyaya aiddir, çünki onlar daha uzun müddət aşağı temperaturda yaxşı bişirirlər. Bəzi bişmiş məhsullar əvvəlcədən qızdırılmamış sobada əslində daha yaxşı bişir. Muffinlər və kekslər isə çox qalxa bilər. Eyni zamanda, funt tort kimi desertlər də bu şəkildə daha yaxşı bişə bilər, çünki mayalandırıcının işini yerinə yetirmək üçün daha çox vaxtı var və hava qabarcıqlarının yavaş-yavaş formalaşmasına icazə verilir. Burada əsas odur ki, yeməyinizi vaxtaşırı yoxlayın, çünki hər kəsin sobası fərqlidir və siz sobanın isinməsinə görə bişmə vaxtını tənzimləməlisiniz.
Sobanınızı nə vaxt əvvəlcədən qızdırmalısınız?

Bəzi qidalar üçün qabaqcadan isitmə bir neçə əsas səbəbə görə mühüm addım ola bilər. Onsuz yeməyiniz tam bişməyərək ət və quş əti üçün təhlükəli risk yarada bilər. Heyvan zülallarına gəldikdə isə, onlar otaq temperaturunda nə qədər uzun müddət havada qalırlarsa, bir o qədər bakteriya böyüməsi üçün təhlükə zonasında olurlar - bu səbəbdən onları dərhal isti sobaya qoymaq çox vacibdir. Həmçinin, bəzi bişmiş məmulatların strukturunu qorumaq üçün bu qəfil istilik axınına ehtiyacı var, buna görə də biskvit, çörək və ya pizza xəmiri hazırlayırsınızsa, əvvəlcədən qızdırmalısınız. Əgər əvvəlcədən qızdırmırsınızsa, yeməyinizin hazır olub-olmadığını söyləmək bir az çətin ola bilər, çünki əksər reseptlər əvvəlcədən qızdırılmamış soba üçün bişmə vaxtı verməyəcək. Əgər yemək qalıqlarını yenidən qızdırırsınızsa, onlar istədiyiniz qədər isti olurmu? Üstündəki pendir əriyib, köpürdü? ABŞ Kənd Təsərrüfatı Departamenti (USDA) qalıqları 165 dərəcə Farenheit daxili temperatura çatana qədər bişirməyi tövsiyə edir, bunu yoxlamaq üçün qida termometrindən istifadə edə bilərsiniz. Yenidən isitməsəniz belə, bişib, bişmədiyini anlamaq üçün müəyyən göstəricilər var - məsələn, kartof, ət yumşaq olduqda və asanlıqla çəngəl və ya bıçaq batırsa yemək hazırdır.
Mənbə: Lezzet
Tərcümə etdi: Nuran Əhmədzadə
