Bu gün:

Dünyanın ən "şirin" adası: Aoshima


Bu gün biz pişiksevərləri dəli edəcək bir səyahətə çıxacağıq. Hədəfimiz Yaponiyanın pişikləri ilə məşhur olan Aoshima adasıdır.

Pişiklər çox sevimli canlılardır, lakin birdən çox pişiyiniz varsa, bəzən sizi dəli edə bilər. Bəs yüzlərlə pişiklə eyni yerdə yaşamaq necə olardı ? Yaponiyadakı Aoshima adasının sakinləri bu suala cavab verə bilərlər, çünki adanın əhalisinin əksəriyyəti bizim sevimli dostlarımızdan ibarətdir.   

Aoshima adasının və ya xalq arasında tanınan "Pişik adası"nın pişiklər tərəfindən işğalının arxasında çox maraqlı bir hekayə var. Əlbəttə ki, pişiklərlə dolu bir ada ideyası olduqca sevimli səslənir, lakin müəyyən bir nöqtədən sonra bu vəziyyət həyatı çətinləşdirməyə başladı. Pişiklərin öz suverenliklərini elan etdikləri Pişik adasında sizinlə kiçik bir səyahət edək.  

Aoshima Yaponiyanın Seto daxili dənizində yerləşən çox kiçik bir adadır. Əslində o qədər kiçikdir ki. Yüzölçümünə görə ölkəmizin ən kiçik əyaləti olan Yalova adanın təxminən 14 qatı böyüklüyündədir. Əlbəttə ki, bu ölçüdə bir yaşayış sahəsi üçün adanın əhalisi hətta izdihamlı sayıla bilər. Bəs kim bilirdi ki, bir gün tarazlıq dəyişəcək? 

Adalılar dolanışığını əsasən balıqçılıq və ipəkçiliklə təmin edirdilər. Demək olar ki, hər çuxurdan çıxan siçanlar balıqçı qayıqlarına ziyan vurur və adada başqa bir gəlir mənbəyi olan ipək istehsalında istifadə edilən ipək qurdlarını ovlayırdılar. İnsanlar siçanlardan kifayət qədər  bezdilər və bu məsələnin həllini tapmağa qərar verdilər . 

Həll yolunu siçanların ən böyük düşmənlərindən biri olan pişiklərdə tapdılar.

Əvvəlcə adaya yalnız bir neçə pişik gətirildi. Ancaq bu kiçik yaramazların çoxalması ilə pişiklərin sayı sürətlə artmağa başladı. Adanın səthi kiçik olduğundan, pişiklər tezliklə hər şeyi örtdülər. Balıqçı gəmilərinə, evlərə girən və ipək qurdları ovlayan  siçanlar yoxa çıxmışdı , amma indi adanın hökmranlığını pişiklər ələ keçirdi. 

Adada insanların sayı 13 nəfərə düşüb.

Pişiklərin hər yerdə olması insanı əvvəlcə rahatlasa da, bir müddət sonra bəzi insanlar bu vəziyyətdən şikayətlənməyə başlayıb. Adanın sakinlərinin əksəriyyətini orta yaşlı və yaşlı insanlar təşkil edirdi. Ada çox immiqrasiya qəbul etməyib, əksinə mühacirət etməyə başlayanda, onun əhalisi tədricən azalmağa başladı. Ancaq pişiklər hələ də çoxalmağa davam edirdilər. 

Qısa müddətdə pişiklərin sayı insan populyasiyasından 6 dəfəyə qədər artdı və onların sayı artmağa davam etdi. Adada insan əhalisi 13 nəfərə düşüb. Adada yaşayan pişiklərin sayı isə 120-ni ötüb. 

Ada sakinləri sevimli dostları üçün də bəzi xüsusi qadağalar tətbiq ediblər. Uzun müddət əvvəl verilən ortaq qərarla itlərin ev heyvanı kimi saxlanması qadağan edildi. Beləliklə, pişiklər bu gün də heç bir təhlükə olmadan istədikləri kimi yaşaya bilirlər. Üstəlik, adanın hər yerində iş başındadırlar. 

Mənbə: Webtekno

Tərcümə etdi: Nəzri Süleymanova

Paylaş
Şərh əlavə et